Vəkalət hökmləri

Vəkalət odur ki, insan özü görə bildiyi bir işi, məsələn; müamilə kimi, başqa bir adama tapşıra ki, onun tərəfindən bu işi görsün, məsələn bir kəsi vəkil edər ki, onun evini satsın ya bir qadını onun üçün əqd etsin.
Məsələ 2265: Vəkalətdə, vəkalət əqdinin oxunması lazım deyildir. Əgər insan, digərinə onu vəkil etdiyini bildirir, o da qəbul etdiyini anladırsa, məsələn; insan, malını satması üçün başqa birinə verər, o da malı alırsa, vəkalət səhihdir.
Məsələ 2266: Əgər insan başqa şəhərdə olan bir kəsi vəkil etsə və onun üçün vəkalətnamə göndərsə və o qəbul etsə, vəkalətnamə bir müddətdən sonra yetişsə də vəkalət düzdür.
Məsələ 2267: Müvəkkil, yəni o kəs ki, başqasını vəkil edər və yenə o kəs ki, vəkil olur, aqil olmaları və öz istək və iradələriylə bu işi görmələri və müvəkkilin də baliğ olması mötəbərdir. Amma müməyyiz uşağa səhih olan şeylərdən başqa müvəkkilin baliğ olması da düzdür.
Məsələ 2268: İnsan yerinə yetirə bilmədiyi və şərən etməməli olan işi başqası tərəfindən onu yerinə yetirməyə vəkil ola bilməz, məsələn; həccin ehramında olan bir şəxs evlənmək əqdinin siğəsini oxuya bilməz, siğə oxumaqdan ötrü başqası tərəfindən vəkil ola bilməz.
Məsələ 2269: Əgər insan bir kəsi özünün bütün işlərini yerinə yetirməkdən ötrü vəkil etsə, səhihdir, amma əgər öz işlərindən biri üçün vəkil etsə və o işi müəyyən etməsə, vəkalət səhih deyildir. Onu bir neçə işdən birini onun özü seçməklə yerinə yetirməkdə vəkil edərsə, məsələn; evini satmaq və ya kirayə etmək üçün vəkil tutarsa, vəkalət səhihdir.
Məsələ 2270: Əgər vəkili əzl, yəni işdən kənar etsə, xəbər ona yetişəndən sonra o işi yerinə yetirə bilməz, amma əgər xəbər yetişməzdən qabaq o işi yerinə yetirmiş olsa, səhihdir.
Məsələ 2271: Vəkil olan, vəkil tutanın ğaib olduğu bir zamanda belə olsa, vəkalətdən çəkilə bilər.
Məsələ 2272: Vəkil, ona tapşırılmış işi yerinə yetirməkdən ötrü başqasını vəkil edə bilməz. Amma müvəkkil, ona vəkil tutması üçün icazə vermişdirsə, ona göstəriş verildiyi kimi rəftar etməlidir. Belə ki, ona, «mənim üçün vəkil tut» — demişdirsə, onun tərəfindən vəkil tutması lazımdır. Öz tərəfindən isə vəkil tuta bilməz.
Məsələ 2273: Əgər vəkil, müvəkkilin icazəsi ilə bir kəsi onun tərəfindən vəkil etsə və o vəkili əzl edə bilməz, əgər birinci vəkil ölsə ya müvəkkil onu əzl etsə, ikincinin vəkaləti batil olmayır.
Məsələ 2274: Əgər vəkil müvəkkilin icazəsi ilə bir kəsi öz tərəfindən vəkil edərsə, müvəkkil və birinci vəkil o vəkili əzl edə bilərlər və əgər birinci vəkil ölsə ya əzl olunsa, ikincinin vəkaləti batil olur.
Məsələ 2275: Əgər bir neçə nəfəri bir işi görməkdən ötrü vəkil etsə və onlara təklikdə hər biri o işdə iqtam etməsini icazə vermişdirsə, onlardan hər biri o işi əmələ gətirə bilər və əgər onlardan biri ölsə, başqalarını vəkaləti batil olmayır. Amma əgər desə ki, birlikdə yerinə yetirsinlər, təklikdə yerinə yetirə bilməzlər və onlardan biri ölsə, başqalarının vəkaləti batil olur.
Məsələ 2276: Əgər vəkil ya müvəkkil ölsə, vəkalət batil olur və yenə o şey ki, ondan istifadə etməkdən ötrü vəkil olub, aradan getsə, məsələn; bir qoyunu satmaqdan ötrü vəkil olsa və o qoyun ölsə, vəkaləti batil olur. Həmçinin əgər onlardan həmişə dəli ya bihuş olsa, vəkalət batil olur. Amma əgər vaxtaşırı dəlilik və bihuşluq halları olarsa, dəlilik və bihuşluq zamanında olan vəkalət mütləqən işkallıdır.
Məsələ 2277: Əgər insan bir şəxsi bir işi görməkdən ötrü vəkil etsə və ondan ötrü bir şeyi qərar qoysa, o iş görüləndən sonra qərar qoyduğu şeyi ona verməlidir.
Məsələ 2278: Əgər vəkil onun ixtiyarındakı bir malın qorunulmasında səhlənkarlıq etməsə və ona icazə verilmiş istifadədən başqa, ondan bir başqa cür istifadə etməsə və təsadüfən o mal aradan getsə, ona zamin deyildir.
Məsələ 2279: Əgər vəkil ixtiyarındakı malın qorunulmasında səhlənkarlıq etsə ya ona icazə verilmiş istifadədən başqa, ondan daha bir başqa cür istifadə də etsə və o mal aradan getsə, zamindir, əgər bir libasın satılmasını demişlərsə, beləki, onu geyinsə və o libas tələf olsa, gərək onun əvəzini versin.
Məsələ 2280: Əgər vəkil ona icazə verilmiş istifadədən başqa maldan daha bir başqa cür istifadəni etsə, məsələn; satılması söylənilən bir libası geyinərsə və sonradan icazə verilmiş istifadəni etsə, o istifadə səhihdir.
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri

0 şərh