Rəhnin hökmləri

Məsələ 2309: Rəhn odur ki, insan bir malı borcun əvəzinə və ya onun zamin olduğu malı başqasının yanında qalmasını qərar verərsə, belə ki, o borcu ya malı hazır etməsə, onun əvəzini o maldan götürə bilsin.
Məsələ 2310: Rəhnində siğə oxumaq lazım deyil. Girov verən öz malını girov qəsdi ilə alana versə və o da həmin qəsd ilə alsa, rəhn səhihdir.
Məsələ 2311: Girov verən və girov alan gərək həddi-buluğa çatmış və ağıllı olsunlar və onları bir kəs məcbur etməsin və yenə girov verən gərək müflis və səfeh olmasın (səfeh və müflis mənası 2244-cü məsələdə deyilir) amma, əgər müflis olsa, girov qoyulan mal, onun malı olmasa və ya ondan istifadəsinin maneəsi olmasa, eybi yoxdur.
Məsələ 2312: İnsan o malı girov qoya bilər ki, şərən o maldan istifadə edə bilər, əgər başqa bir adamın malını onun icazəsiylə girov qoysa, düzdür.
Məsələ 2313: Girov qoyulan şeyin, gərək alış-verişi düz olsun, əgər şərab və onun kimi şeyi girov qoysalar, düzgün deyildir.
Məsələ 2314: Girov qoyduğu malın istifadəsi, o malın sahibinə aiddir, istər onu özü girov qoysun, istər başqası.
Məsələ 2315: Girov alan kimsə, mal sahibinin, istər girov verəndə olsun və ya olmasın, icazəsi olmadan girov qoyulan malı, başqasının malı edə bilməz, məsələn; bağışlaya və sata bilməz. Amma əgər onu bağışlasa və ya satsa, sonra mal sahibi ona icazə versə, eybi yoxdur.
Məsələ 2316: Əgər girov götürən, girov götürdüyü şeyi sahibinin icazəsiylə satarsa, onun pulu da malın özü kimi girov olmur. Həmçinin, bir surətdə ki, ondan icazəsiz satarsa və sonra malın sahibi imza etsə və ya girov verən o şeyi girov alanın icazəsi ilə satıb, onun əvəzini girov qərar verərsə, gərək həmin işi etsin. Amma bu razılaşmadan ayrı hərəkət edərsə, müamilə batildir. Amma əgər girov götürən icazə verərsə, müamilə batil deyil.
Məsələ 2317: Əgər borcun ödənməsi lazım olduğu bir vaxtda, tələbkar tələbini istəsə və o verməzsə, tələbkar girov aldığı malı satıb, tələbini onun pulundan almağa dair vəkaləti varsa, girov götürdüyünü sataraq tələbini ondan ala bilər. Belə bir vəkaləti olmasa, borcludan icazə almalıdır. Əgər borclunu tapa bilməsə, onu satıb həmin puldan tələbini ondan almaq üçün şəri hakimdən icazə alması lazımdır. Hər iki halda əgər artıq qalarsa, gərək artığını borcluya versin.
Məsələ 2318: Əgər borclunun oturduğu evindən və ehtiyacı olduğu ləvazimatdan başqa bir şeyi olmazsa, tələbkar öz tələbini ondan edə bilməz. Amma əgər girov qoyduğu mal, hərçənd ev və ləvazimat da olsa, tələbkar onu satıb, öz tələbini götürə bilər.
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
 

0 şərh