Daimi izdivac əqdinin hökmləri

Məsələ 2421: O qadın ki, daimi əqd olunur, hərçənd ki, ərinin haqqı ilə ziddiyyəti olmasa belə, ərinin icazəsi olmadan evdən bayıra çıxması haramdır. Ərinin istədiyi hər vaxt cinsi ləzzətlər üçün özünü ona təslim etməsi və şəri bir üzr olmasa, ərinin onunla cima etməsinin qarşısını almamalıdır. Qadın vəzifəsinə əməl etdiyi halda onun yemək, libas, mənzil və başqa ehtiyaclarını təmin etmək ərinə vacibdir. Əgər təmin etməsə, istər qüvvətli olsun, istər olmasın, qadına borcludur.
Məsələ 2422: Əgər qadın ərinə qarşı evlilik vəzifələrinə heç əməl etmirsə, onun yanında qalsa belə, ərinin üzərində yemək, libas və mənzil haqqı yoxdur. Əgər bəzi vaxtlar öz vəzifəsinə əməl etməkdən əvvəl imtina etsə, üləmanın çoxu yenə də ərinin üzərində yemək, libas və mənzil haqqı olmadığını deyiblər. Amma bu hökm şübhəlidir. Deməli, hər halda onun mehri işkalsız aradan getmir.
Məsələ 2423: Kişinin, öz arvadını ev işlərinə məcbur etməyə haqqı yoxdur.
Məsələ 2424: Qadının səfərinin xərci evdəki xərcindən çox olsa, belə ki, ərinin icazəsi ilə səfərə getsə, ərinin öhdəsindədir. Amma malın və ya təyyarə pulu və səfərlə bağlı digər xərclər qadının öz öhdəsindədir. Amma əgər ərinin meyli olsa ki, arvadını səfərə aparsın, gərək onun səfərinin xərclərini versin.
Məsələ 2425: Xərci ərinin öhdəsində olan qadın öz xərcini, ər onun xərcini vermədiyi halda, icazəsiz onun malından götürə bilər. Əgər bu mümkün olmazsa və (həbs etməklə belə olsa) ərini onun xərclərini verməyə məcbur etmək üçün şəri hakimə də şikayət edə bilməyib öz dolanışığını təmin etmək məcburiyyətində qalarsa, xərcini təmin etmək üçün rast gəldiyi zamanlarda ərinə itaət etmək ona vacib deyildir. Yaşayış xərcini təmin etmək üçün çalışdığı zaman ərinə itaət etmək ona vacib deyil.
Məsələ 2426: Əgər kişinin iki arvadı olsa, birinin yanında bir gecə qalsa, vacibdir o birinin yanında da dörd gecə içərisində bir gecə qalsın. Bundan başqa surətdə başqa qadının yanında qalmaq vacib deyil. Amma onu tamamilə tərk etməməsi lazımdır. Övla və əhvət budur ki, kişi hər dörd gecənin bir gecəsini arvadının yanında qalsın.
Məsələ 2427: Ər dörd aydan çox öz cavan daimi arvadını tərk edə bilməz. Amma əgər yaxınlıq etməyin ona zərəri və ya çox çətinliyi olarsa, ya qadın özü onun tərk olunmasına razı olsa və izdivac əqdi vaxtı onu tərk etməsini qadına şərt qoysa, tərk edə bilər. Ehtiyata əsasən, bu hökmdə kişinin vətəndə və ya səfərdə olmağının və qadının daimi mütə olmağının bir fərqi yoxdur.
Məsələ 2428: Əgər daimi əqddə mehri təyin etməsələr, əqd səhihdir. Belə ki, kişi qadın ilə yaxınlıq etsə, gərək onun mehrini ona yaxın olan qadınların mehri kimi versin. Amma mütədə mehri təyin etməsələr, əqd batil olur.
Məsələ 2429: Əgər daimi əqd oxuyan vaxt mehr vermək üçün müddət təyin etməsələr, istər ərinin mehri verməyə qüdrəti olsun, istərsə də olmasın, qadın mehr almamışdan ərinin yaxınlıq etməsinin qarşısını ala bilər. Amma əgər mehr almamışdan qabaq yaxınlıq etməyə razı olsa və əri onunla yaxınlıq etsə, ondan sonra şəri üzrü olmadan ərinin yaxınlıq etməsinin qarşısını ala bilməz.
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri

0 şərh