İnsanın tapdığı malın hökmləri

Məsələ 2573: Heyvan qismindən olmayan itmiş malı insan tapsa və sahibi məlum olmaq üçün heç bir nişanəsi olmasa və onun qiyməti bir dirhəm (12,6 noxud sikkəli gümüş) olsa ya olmasa, onu özü üçün götürə bilər. Amma müstəhəbb ehtiyata əsasən, onun sahibi tərəfindən fəqirə sədəqə versin.
Məsələ 2574: Əgər tapdığı malın qiyməti bir dirhəmdən az olsa və sahibi məlum olsa, insan bilməsə ki, o razıdır ya yox, onun icazəsi olmadan götürə bilməz. Əgər sahibi məlum olmasa, vacib ehtiyat odur ki, onu sahibi tərəfindən sədəqə versin. Hər vaxt sahibi peyda olsa, belə ki, sədəqə verməyə razı olmasa, onun əvəzini ona versin.
Məsələ 2575: Əgər tapdığı şeydə onunla sahibini tapa biləcək, bir nişanı olsa, hərçənd bilsə ki, onun sahibi malı möhtərəm olan kafirdir, o halda o şeyin qiyməti bir dirhəmə çatsa, gərək tapdığı gündən bir ilə kimi ictimai yerlərdə elan etsin.
Məsələ 2576: Əgər insan özü elan vermək istəməsə, əmin olan bir kəsə deyə bilər ki, onun tərəfindən elan etsin.
Məsələ 2577: Əgər bir ilə qədər elan etsə və mal sahibi tapılmasa, beləki, o malı Məkkə hərəmindən qeyri bir yerdə tapıbsa, onu sahibi peyda olan zaman ona vermək üçün saxlaya biləcəyi kimi, sahibi tərəfindən sədəqə olaraq fəqirlərə də verə bilər. Lazım ehtiyat odur ki, onu özü üçün götürməsin. Əgər malı hərəmdə tapıbsa, vacib ehtiyat odur ki, sədəqə versin.
Məsələ 2578: Əgər bir il elan edəndən sonra mal sahibi tapılmasa, malı sahibi üçün saxlasa və aradan getsə, belə ki, onu saxlamaqda israfçılıq və səhlənkarlıq etməsə, zamin deyil. Amma əgər sahibi tərəfindən sədəqə versə, sahibin ixtiyarı var ki, sədəqəyə razı olsun ya malının əvəzini tələb etsin. Sədəqənin savabı sədəqə verənin olar.
Məsələ 2579: Malı tapan kəs əgər bilərəkdən deyilmiş göstərişlərə əsasən elan etməsə, keçmiş vaxta qədər günah etmişdir. Əgər faydası olduğunu ehtimal etsə, elan etməsi vacibdir.
Məsələ 2580: Əgər dəli ya həddi-buluğa çatmayan uşaq, üzərində nişanəsi olan və qiyməti bir dirhəmə çatan bir şey aparsa, onun vəlisi elan edə bilər. Hətta o şeyi uşaqdan və ya dəlidən almışdırsa, elan etməsi vacibdir. Əgər bir il elan edilsə, malın sahibi peyda olmasa, gərək 2577-ci məsələdə deyilənə əməl olunsun.
Məsələ 2581: Əgər insan elan etdiyi ilin içərisində sahibinin tapılacağından ümidsiz olsa, gərək şəri hakimin izni ilə ehtiyata əsasən, onu sədəqə versin.
Məsələ 2582: Əgər elan etdiyi ilin içərisində mal aradan getsə, belə ki, onun saxlanmasında səhlənkarlıq və ya israfçılıq etmişdirsə, onun əvəzini sahibinə zamindir. Elanı isə davam etdirməlidir. Əgər səhlənkarlıq və israfçılıq etməyibsə, heç bir şey ona vacib deyil.
Məsələ 2583: Əgər nişanəsi olan və qiyməti bir dirhəmə çatan malı, elan verməklə onun sahibinin tapılmayacağı məlum olan bir yerdə taparsa, onu birinci gün sahibləri tərəfindən fəqirlərə şəri hakimin izniylə, lazım ehtiyata əsasən sədəqə verə bilər və il tamam olana qədər səbr etməyi lazım deyil.
Məsələ 2584: Əgər bir ey tapsa və öz malı bilib götürsə, sonra öz malı olmadığını başa düşsə, keçmiş məsələlərdə verilmiş hökmlərə görə əməl etməlidir.
Məsələ 2585: Tapılan şeyi sahibinin elanı eşitdiyi təqdirdə, o şeyi öz malı olduğuna etina edə biləcək bir ehtimal verəcək şəkildə elan etməlidir. Belə ki, bu xüsusiyyətlərinə görə dəyişir. Bəzi hallarda, məsələn; «bir şey tapmışam» — deməsi, kifayət edir. Amma bəzi hallarda isə onun cinsini də müəyyən etməlidir. Məsələn; «bir qızıl parçası tapmışam» deməlidir. Bəzi yerlərdə onun müəyyən xüsusiyyətlərini də əlavə etməlidir. Məsələn; «bir qızıl sırğa tapmışam» deməlidir. Amma hər bir halda. O şeyin müəyyən olana qədər bütün xüsusiyyətlərini deməməlidir.
Məsələ 2586: Əgər bir kəs, bir şey tapsa və başqası «mənim malımdır» — deyərək, onun nişanələrini müəyyən edərsə, malı olduğuna xatircəm olduğu halda o malı, ona verməlidir. Mal sahibinin çox vaxt bilmədiyi nişanələri demək lazım deyildir.
Məsələ 2587: Əgər tapdığı şeyin qiyməti bir dirhəmə qədər olsa, belə ki, elan etməsə, məsciddə və ya başqa ictimai yerdə qoysa və o şey aradan getsə və ya onu başqası götürsə, onu tapan adam zamindir.
Məsələ 2588: Əgər bir ilə qədər qalmayacaq bir şey taparsa, gərək qala biləcək axır müddətə kimi, əlbəttə qiymətin təsir edən bütün xüsusiyyətləri ilə bir yerdə saxlasın. Həmçinin, lazım ehtiyat odur ki, bütün bu müddəti elan etsin. Əgər sahibi tapılmasa, gərək şəri hakimin ya onun vəkilinin icazəsi ilə ehtiyata əsasən, onun qiymətini müəyyən etməli, onu satıb pulunu saxlamalı, elanını isə davam etdirməlidir. Əgər bir ilə qədər sahibi tapılmasa, gərək 2577-ci məsələdə deyilənlərə əməl etsin.
Məsələ 2589: Əgər tapdığı şey dəstəmaz aldığı və namaz qıldığı vaxt onunla olsa və əgər sahibi tapılan halda o şeyi qaytarmaq istəməsə, dəstəmazı və namazı batil olmur.
Məsələ 2590: Əgər bir şəxsin ayaqqabısını aparsalar və onun yerinə başqa bir ayaqqabı qoysalar, belə ki, əgər bu şəxs qalan ayaqqabının onun ayaqqabısını aparan şəxsin olduğunu və bu ayaqqabını geyinməsinə həmin şəxsin razı olduğunu bilsə, o ayaqqabını geyinə bilər. Həmçinin əgər bilsə ki, onun ayaqqabısını bilərəkdən oğurluq niyyətlə götürüblər, bu halda da hökm eynidir və həmin yerdə qalan ayaqqabını geyə bilər. Amma bu halda o ayaqqabının qiyməti öz ayaqqabısının qiymətindən çox olmamalıdır. Əks təqdirdə qiymətdəki fərq barəsində «sahibi naməlum» əşyanın hökmü icra olunmalıdır.
Məsələ 2591: Əgər insanın əlində olan mal məchulu-mülk olsa, yəni sahibi naməlum olsa və o mala itirilmiş deməsələr, onun sahibinin həmin insanın o maldan istifadə etməsinə razı olduğuna əmin olandan sonra və hansı tərzdə onun istifadəsinə razı olduğunu biləndən sonra o maldan istifadə edə bilər. Əgər belə olmasa onun sahibini axtarmaq lazımdır. Axtarışın faydalı olduğunu ehtimal verdiyi müddətə qədər, gərək axtarışına davam etsin və sahibinin tapılmasından məyus olduqdan sonra gərək o malı fəqirə versin. Lazım ehtiyata əsasən, sədəqə şəri hakimin icazəsi ilə verilməlidir. Əgər sonra sahibi tapılsa, belə ki, sədəqə verildiyinə razı olmasa, ehtiyata əsasən malın əvəzini ona verməlidir.
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri

0 şərh