Vəsiyyət

Məsələ 2703: Vəsiyyət, insanın ölümündən sonra özü üçün bəzi işlərin yerinə yetirilməsini sifariş etməsinə və ya ölümündən sonra malından bir şeyin başqasının malı olmasını ya da onun malından bir şeyi başqa bir şəxsin mülkiyyətinə keçirmələrini və ya xeyir işlərdə xərcləmələrini söyləməsinə və yaxud öz övladı və ixtiyarında olan şəxslər üçün müəyyən bir şəxsi qəyyum (başçı) təyin etməsinə deyilir. Vəsiyyət edilən şəxsə isə vəsi deyilir.
Məsələ 2704: Danışa bilməyən şəxs, əgər işarə ilə öz məqsədini başa salsa, vəsiyyət edə bilər. Hətta danışa bilən şəxs də, əgər işarə öz məqsədini başa salıb vəsiyyət etsə, səhihdir.
Məsələ 2705: Əgər yazılmış bir şeyi meyitin imzası ya möhürü ilə görsələr, belə ki, onun məqsədini başa düşsələr və məlum olsa ki, vəsiyyət etmək üçün yazıb, gərək ona uyğun əməl etsinlər. Amma əgər bilsələr ki, məqsədi vəsiyyət etmək olmayıb və bir şey yazıb ki, sonradan ona uyğun vəsiyyət etsin, onun vasitəsilə vəsiyyət kifayət deyildir.
Məsələ 2706: Vəsiyyət edən şəxs, gərək ağıllı və həddi-buluğa çatmış olsun, səfeh olmamalıdır və öz ixtiyarı ilə vəsiyyət etməlidir. Həddi-buluğa çatmamış uşağın vəsiyyəti səhih deyildir. Amma əgər uşaq on yaşında olsa və öz qohumları üçün ya da ümumi xeyirlər də sərf edilməsi üçün vəsiyyət edərsə, uşağın bu iki halda olan vəsiyyəti səhihdir. Yalnız əgər qohumlarından qeyrisi üçün və ya yeddi yaşında olan bir uşaq, malından az bir şeyin bir şəxsin malından olmasına yaxud da bir şəxsə verilməsinə vəsiyyət edərsə, onun vəsiyyətinin nüfuzlu olması mübahisəlidir. Bu iki halda da ehtiyata əməl etmək tərk edilməməlidir. Əgər bir şəxs səfeh olsa, onun öz malı üçün etdiyi vəsiyyət nüfuzlu deyildir. Amma onun bundan başqa olan vəsiyyəti, məsələn; ölümündən sonra cənazə üçün edilən işlər haqqındakı vəsiyyəti nüfuzludur.
Məsələ 2707: Bilə-bilə özünü yaralayıb və ya zəhərləyib və bunun vasitəsilə onun ölməyinə yəqin ya güman olunan şəxs, əgər malının bir miqdarını bir yerə istifadə üçün çatdırmalarını vəsiyyət etsə, bu halda vəsiyyət edən ölərsə, onun vəsiyyəti səhih deyildir.
Məsələ 2708: Əgər insan öz əmlakından bir şeyin başqa bir şəxsin mülkiyyətinə keçməsini vəsiyyət etsə və vəsiyyət etdiyi miqdar malının üçdə birindən artıq olmasa, vəsiyyət olunan şəxs onu qəbul etdiyi halda — istər vəsiyyət edənin sağlığında qəbul etsin, istərsə də vəfatından sonra — vəsiyyət edənin ölümündən sonra həmin əmlak onun mülkiyyətinə keçir
Məsələ 2709: İnsan, ölüm nişanələrini özündə görən vaxt, gərək dərhal camaatın əmanətlərini sahiblərinə çatdırsın ya da 2351-ci məsələdə deyildiyi kimi, onlara xəbər versin. Əgər xalqa borcu varsa və onun da verilmə vaxtı çatıb, tələbkar da öz alacağını tələb edirsə, gərək versin. Əgər özü verə bilmirsə və ya onun verilmə vaxtı çatmayıbsa ya da hal-hazırda tələbkar alacağını tələb etmirsə, ölümündən sonra, onun tələbkara veriləcəyinə əmin olacaq bir iş etməlidir. Məsələn; onun başqalarına borclu olduğu məlum deyilsə, vəsiyyət etməlidir və vəsiyyəti üçün şahid tutmalıdır.
Məsələ 2710: Ölüm nişanələrini özündə görən kəs, əgər xums, zəkat və məzalimə borcludursa və dərhal borcu verə bilmirsə, belə ki, özünün malı varsa ya ehtimal versə ki, bir kəs onları əda edəcək, gərək vəsiyyət etsin. Həmçinin, əgər həcc ona vacib olsa da bu cürdür. Amma əgər öz borcunu şərən verə bilərsə, hərçənd onda ölüm nişanələri olsa belə, gərək versin.
Məsələ 2711: Ölüm nişanələrini özündə görən şəxsin əgər qəza namazı və orucu varsa, gərək vəsiyyət etsin ki, öz malından onlar üçün əcir tutsunlar. Əgər malı olmasa, amma ehtimal versə ki, bir şəxs bir şey almadan onları yerinə yetirəcək, yenə də vacibdir ki, vəsiyyət etsin. Əgər onun oruc və namazının qəzası namaz məsələlərində deyildiyi kimi, böyük oğluna vacib olsa, gərək ona xəbər versin ki, qəza oruc və namazlarını yerinə yetirsin, ona xəbər verməsi kifayətdir, lazım deyil ki, vəsiyyət etsin.
Məsələ 2712: Ölüm nişanələrini özündə görən şəxsin əgər onun bir nəfərdə malı varsa ya da vərəsənin bilmədiyi bir yerdə gizlədibsə, belə ki, bilməməklə onların haqqı aradan gedəcəkdirsə, gərək onlara xəbər versin. Öz kiçik uşaqları üçün qəyyum müəyyən etməsi lazım deyildir, amma qəyyumsuz onların malı aradan gedəcəksə ya özləri tələf olacaqlarsa, gərək onlar üçün bir qəyyum müəyyən etsin.
Məsələ 2713: Vəsi gərək aqil olsun. Vəsiyyət edənə aid olan işlərdə və yenə ehtiyata əsasən digərləri illə bağlı işlərdə etibarlı olmalıdır. Ehtiyata əsasən müsəlmanın vəlisi müsəlman olmalıdır. Yenə ehtiyata əsasən həddi-buluğa yetməmiş bir uşağa tək başına olmaq şərti ilə vəsiyyət etmək səhih deyildir. Əlbəttə bu vəsiyyət edən şəxsin, məqsədinin onun uşaqlıq halında vəlisinin icazəsi olmadan istifadə etməsi olduğu təqdirdədir. Amma əgər məqsədi, onun həddi-buluğa çatmasından sonra və ya vəlisinin izni ilə istifadə etməsi olursa, eybi yoxdur.
Məsələ 2714: Əgər bir şəxs, özü üçün bir neçə vəsi təyin etsə və hər biri üçün tək başına vəsiyyətə görə hərəkət etmə izni verirsə, vəsiyyəti yerinə yetirmədə bir-birlərindən izn almaları lazım deyil. Amma izn verməmiş olsa, istər hər ikisi birlikdə etsinlər deyə bildirsin, istər bildirməsin, vəsiyyətə bir-birlərinin fikirlərinə görə hərəkət etmələri gərəkdir. Əgər birlikdə vəsiyyətə görə əməl etməyə hazır olmasalar, arada hər birinin digəri ilə anlaşmasına qarşı olan bir şəri maneə yoxdursa, şəri hakim onları anlaşmaya məcbur edər. Əgər ona itaət etməzlərsə və ya hər biri üçün anlaşılmağın qarşısını alan şəri bir maneə mövcud olsa, şəri hakim onlardan birinin yerinə ayrı bir kimsəni təyin edər.
Məsələ 2715: Əgər insan öz vəsiyyətindən dönərsə, məsələn; malının üçdə birini bir kimsəyə verilməsini vəsiyyət etdiyi halda, sonra «ona verməyin» — desə, vəsiyyət batil olur. Əgər vəsiyyətini dəyişdirsə, məsələn; əvvəl uşaqları üçün bir qəyyum təyin edib, sonra da başqa birini onun yerinə qəyyum təyin edərsə, onun ilk vəsiyyəti batil olur və ikinci vəsiyyətinə görə əməl olunması gərəkdir.
Məsələ 2716: Bir kimsə vəsiyyətindən döndüyünü məlum edən bir iş görərsə, məsələn; birinə verilməsinə vəsiyyət etdiyi bir evi satarsa və ya əvvəlki vəsiyyətinin fərqində olduğu halda başqa birisinin onu satmaq üçün vəkil təyin edərsə, vəsiyyət batil olur.
Məsələ 2717: Əgər müəyyən şeyi bir şəxsə verməyi vəsiyyət etsə, sonra isə həmin şeyin yarısını başqasına verilməsini vəsiyyət etsə, gərək o şeyi iki yerə bölsünlər və o iki nəfərin hər birinə onun bir hissəsini versinlər.
Məsələ 2718: Bir şəxs ölümünə səbəb olan bir xəstəlik halında, malının bir qismini bir şəxsə bağışlasa və ölümündən sonra da bir miqdarının başqasına verilməsini vəsiyyət edərsə, əgər malının 3/1-i hər ikisinə verməyə kifayət etməsə və varislər də ondan artıq verilməsinə icazə verməzlərsə, gərək əvvəl bağışladığı malı, malın 3/1-dən çıxıb sonra da onun yerdə qalanını vəsiyyət edilən yerdə xərcləməlidirlər.
Məsələ 2719: Malının üçdə birinin satılmamasını və gəlirinin bir şeyə sərf edilməsini vəsiyyət edərsə, gərək onun dediyinə uyğun olaraq əməl etsinlər.
Məsələ 2720: Əgər ölümünə səbəb olan, xəstəlik halında bir miqdar, başqa birinə borclu olduğunu desə, belə ki, «bu sözü vərəsəyə ziyan vurmaq üçün söyləmişdir» — deyə ittiham edilərsə, gərək təyin etdiyi miqdarı onun üçdə birindən verilsin. Əgər ittiham olunmasa, onun dediyinin nüfuzu vardır və onun malının əslindən verilməsi gərəkdir.
Məsələ 2721: İnsan, bir şəxsə bir şey verəcəyini vəsiyyət edərsə, vəsiyyət halında mövcud olmağı lazım deyildir, əgər bir qadın hamilə olmaqla dünyaya gələcək bir uşağa bir şey verilməsini vəsiyyət etsə, əgər o uşaq, vəsiyyət edən öləndən sonra zühura gəlsə, lazımdır ki, o şeyi ona versinlər. Əgər mövcud olmasa və belə ki, vəsiyyətdən bir neçə mətləb istifadə olunarsa, gərək onu vəsiyyət edənin nəzərinə daha yaxın olan başqa bir yerə sərf etsinlər. Əks təqdirdə varislər onu öz aralarında bölə bilərlər. Amma əgər vəsiyyət etsə ki, onun malından bir şey ölümündən sonra bir kəsin malı olsun, əgər o şəxs vəsiyyət edənin ölən vaxtında mövcud olsa, vəsiyyət səhih, əks təqdirdə isə batildir və onun üçün vəsiyyət edilən şeyi, vərəsələr öz aralarında bölərlər.
Məsələ 2722: Əgər insan, onu bir şəxs vəsi etdiyini bilib, onun vəsiyyətini yerinə yetirməyə hazır olmadığını bildirərsə, onun ölümündən sonra vəsiyyətinə əməl etməsi lazım deyildir. Amma əgər ölməzdən qabaq onu vəsi etdiyini bilməsə və ya bilib ona xəbər verməsə ki, onun vəsiyyətinə əməl etməyə hazır deyildir, ona əziyyət olmadığı halda, gərək onun vəsiyyətinə əməl etsin. Həmçinin, əgər vəsi, vəsiyyət edənin ölümündən əvvəl o zaman başa düşsə ki, vəsiyyət edən ağır xəstə olduğuna görə ya başqa bir maneəyə görə başqasına vəsiyyət edə bilməz, ehtiyata əsasən, gərək vəsi vəsiyyətini qəbul etsin.
Məsələ 2723: Əgər vəsiyyət edən ölsə, vəsi başqasını, meyitin işlərini yerinə yetirmək üçün vəsi təyin edə bilməz və özü də o işlərdən kənarda qala bilməz. Amma vəsiyyət edənin məqsədi sadəcə bu işlərin edilməsi olub, yalnız vəsinin etməsi nəzərində olmamasını başa düşsə, o zaman başqasını özünə vəkil təyin edə bilər.
Məsələ 2724: Əgər bir şəxs, iki nəfəri vəsi edərsə, belə ki, onlardan biri ölsə ya dəli yaxud kafir olsa, şəri-hakim başqa bir nəfəri onun yerinə təyin edər. Əgər hər ikisi ölsə ya dəli yaxud da kafir olsalar, şəri-hakim başqa iki nəfəri təyin edər. Amma əgər bir nəfər vəsiyyətə əməl edə bilərsə, iki nəfəri təyin etmək lazım deyildir.
Məsələ 2725: Əgər vəsi, ölənin işlərini vəkil və ya əcir tutmaqla da tək başına yerinə yetirə bilməsə, şəri-hakim başqasını ona köməkçi təyin edər.
Məsələ 2726: Əgər meyitin malından bir miqdarı vəsinin əlində tələf olsa, belə ki, onu saxlamaqda səhlənkarlıq və ya israfçılıq etsə, məsələn; ölən şəxs, «filan şəhərin fəqirlərinə bu qədər ver» — deyibsə, o da malı başqa bir şəhərə apararkən yolda aradan getsə, zamindir. Əgər səhlənkarlıq və israfçılıq etməyibsə, zamin deyildir.
Məsələ 2727: Əgər bir şəxsi vəsi təyin etsə və «o şəxs ölsə, başqa adam vəsi olsun» — deyərsə, birinci vəsinin ölümündən sonra, ölən şəxsin vəsiyyətini ikinci vəsi yerinə yetirməlidir.
Məsələ 2728: Ölənə vacib həcc, borclar və ödənməsi vacib olan xums, zəkat, məzalim kimi hüquqlar mövcud olarsa, gərək meyit onlar üçün vəsiyyət etməmiş olsa da, onun malının əslindən versinlər.
Məsələ 2729: Əgər meyitin malı borcdan, vacib həccdən və ona vacib olan məzalim, zəkat və xums kimi hüquqlardan artıq gəlsə, belə ki, vəsiyyət etmiş olsa ki, malın 3/1-i ya 3/1-nin bir miqdarı bir xərcə çatdırsınlar, gərək onun vəsiyyətinə əməl etsinlər, əgər vəsiyyət etməyibsə, qalan şey vərəsənin malıdır.
Məsələ 2730: Meyitin təyin etdiyi xərc, malın 3/1-dən artıq olarsa, onun malın 3/1-dən artıq olan miqdardakı vəsiyyəti, yalnız varislərin bu vəsiyyəti təsdiq etdiklərini məlum edən bir söz söylədikləri və ya bir iş etdikləri təqdirdə səhihdir. Təkcə onların razı olması kifayət deyildir. Əgər onun ölümündən bir müddət keçdikdən sonra da icazə verərlərsə, səhihdir. Əgər varislərdən bəzisi razı, bəziləri isə rədd edərlərsə, vəsiyyət yalnız vəsiyyəti təsdiq edənlərin hissəsində səhih və keçərlidir.
Məsələ 2731: Əgər meyitin müəyyən etdiyi xərc onun malının 3/1-dən çox olsa və o ölməmişdən qabaq vərəsələr icazə versələr, o öləndən sonra öz icazələrindən dönə bilməzlər.
Məsələ 2732: Əgər vəsiyyət etsə ki, malının 3/1-dən xums, zəkat ya başqa bir borcu versinlər və onun orucu və namazı üçün əcir tutsunlar, həmçinin fəqirləri doydurmaq kimi müstəhəbb bir iş yerinə yetirsinlər, gərək əvvəl onun borcunu malının 3/1-dən versinlər. Əgər bir şey artıq qalsa, onun namaz və orucu üçün əcir tutsunlar. Əgər ondan da bir şey artıq qalsa, müəyyən etdiyi müstəhəbb işlərə çatdırsınlar, belə ki, onun malının 3/1-i ancaq borcuna çatsa və vərəsələrdə onun malının 3/1-dən çox xərclənməsinə icazə verməsələr, onun namaz və orucu üçün, həmçinin müstəhəbb işlər üçün etdiyi vəsiyyət batildir.
Məsələ 2733: Borclarının verilməsini, namaz və oruclarına əcir tutulmasını və müstəhəbb bir işin də edilməsini vəsiyyət edər və bunların malın 3/1-dən verilməsini vəsiyyət etməzsə, onun borcunu malın əslindən verməlidirlər. Əgər bir şey artıq qalsa, onun 3/1-ni namaz və oruca, həmçinin müəyyən etdiyi müstəhəbb işlərə çatdırsınlar. Malın 3/1-i onlara kifayət etməyən halda əgər vərəsələr icazə versələr, gərək onun vəsiyyətinə əməl olunsun. Əgər icazə verməsələr, gərək namaz və orucunu malın 3/1-dən versinlər. Əgər bir şey artıq qalsa, müəyyən etdiyi müstəhəbb işlərə çatdırsınlar.
Məsələ2734: Əgər bir şəxs, «bu qədər məbləğin mənə verilməsini vəsiyyət etdi» — deyərsə, iki adil kişi onun sözünü təsdiq edərsə və ya bir adil kişi ilə iki adil qadın onun sözünü təsdiq edər ya da dörd adil qadın onun sözünü təsdiq edərsə, söylənilən miqdar ona verilməlidir. Əgər bir adil qadın şahidlik edərsə, istədiyi malın 4/1-i ona verilməlidir. Əgər iki adil qadın təsdiq edərsə, onun yarısını, əgər üç adil qadın təsdiq edərsə onun 4/3-nü ona verməlidirlər. Həmçinin, öz dinlərində adil sayılan iki kitab əhli olan kafir, onun sözünü təsdiq etdikdə də, əgər meyit vəsiyyət etmə məcburiyyətində qalıb, vəsiyyət edərkən bir adil kişi və ya qadın orada olmayıbsa, tələb etdiyi şeyi ona verməlidirlər.
Məsələ 2735: Əgər bir şəxs, «mən meyitin malını hər hansı bir yerdə istifadə etməkdə onun varisiyəm» və ya «meyit məni uşaqlarının qəyyumu etmişdir» — deyərsə, iki adil kişi onun sözünü təsdiq edən halda, gərək onun sözü qəbul olunsun.
Məsələ2736: Malından bir şeyin, bir şəxsin malı olmasını vəsiyyət edər və o şəxs də qəbul və ya rədd etməzdən qabaq ölərsə, onun vərəsələri vəsiyyəti rədd etməyənə qədər o şeyi qəbul edə bilərlər. Amma bu hökm, vəsiyyət edənin öz vəsiyyətindən dönmədiyi təqdirdədir. Əgər vəsiyyətindən dönərsə, o şeydə haqları yoxdur.
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri

0 şərh