Təyəmmümü səhih olan şeylər

Məsələ 692: Torpağa, daşa, çınqıla və kəsəyə təyəmmüm etmək səhihdir. Amma torpaq olduğu təqdirdə ayrı bir şeyə təyəmmüm etməmək və əgər torpaq yoxdursa, çınqıla və ya kəsəyə, çınqıl və kəsək də olmadığı təqdirdə, daşa təyəmmüm etmək ehtiyat-müstəhəbbdir.
Məsələ 693: Kəc və əhəng daşına təyəmmüm etmək səhihdir. Həmçinin, ürfə görə yumşaq torpaq sayıldığı təqdirdə, xalça və paltara və bu kimi şeylərin üzərində toplanmış toz torpağa təyəmmüm etmək səhihdir. Amma normal halda onun üzərinə təyəmmüm etməmək ehtiyat-müstəhəbbdir. Həmçinin normal halda bişirilmiş kəc, əhəng, kərpic və əqiq kimi mədən daşına təyəmmüm etməmək müstəhəbb-ehtiyatdır.
Məsələ 694: Əgər torpaq, çınqıl, kəsək və daş tapa bilməsə, gilə təyəmmüm edə bilər. Əgər gil də tapa bilməsə, xalqın nəzərində torpaq sayılacaq miqdarda olmayan xalça, libas və bu kimi şeylərin layında olan və ya üzərində toplanan toz-torpağa təyəmmüm etməlidir. Əgər bunların heç biri tapılmasa, namazı təyəmmümsüz qılması ehtiyat-müstəhəbbdir. Amma bu namazın qəzasını yerinə yetirmək vacibdir.
Məsələ 695: Əgər xalçanı çırpmaqla və bu kimi işlərlə torpaq hazırlaya bilsə, qarışıq toza təyəmmüm batildir. Əgər gili (palçığı) qurudub onunla torpaq hazırlaya bilərsə, gilə (palçığa) təyəmmüm etmək batildir.
Məsələ 696: Suyu olmayıb, qar və ya buzu olan bir şəxs, mümkün olduğu təqdirdə, onu əridərək su əldə edib, onunla dəstəmaz almalı və ya qüsl etməlidir. Əgər bu mümkün olmasa və üzərinə təyəmmüm səhih olan bir şeyi də yoxdursa, namazını vaxt xaricində qəza etməlidir. Amma qar və ya buzla dəstəmaz və ya qüsl üzvlərini islatması, əgər bu da mümkün deyilsə, buz və ya qara təyəmmüm edib, namazını vaxtında qılması daha yaxşıdır.
Məsələ 697: Əgər torpağa və quma, təyəmmüm ona batil olan saman kimi bir şey qatılıbsa, o torpağa və quma təyəmmüm edə bilməz. Amma əgər o şey, torpağın ya qumun tərkibində aradan gedəcək qədər az miqdarda olarsa, o torpağa və quma təyəmmüm səhihdir.
Məsələ 698: Üzərinə təyəmmüm edəcəyi bir şeyi yoxdursa, mümkün olduğu təqdirdə, satın almaq və bu kimi yolla təmin etməlidir.
Məsələ 699: Gildən olan divara təyəmmüm səhihdir. Müstəhəbb ehtiyat odur ki, quru yer və torpaq olan yerdə, yaş yer və torpağa təyəmmüm etməsin.
Məsələ 700: Təyəmmüm edilən şey gərək pak olsun. Əgər təyəmmüm etməsi səhih olan pak bir şey tapılmasa, namaz ona vacib deyildir. Amma gərək onun qəzasını əmələ gətirsin. Daha yaxşı odur ki, namazı vaxtında qılsın.
Məsələ 701: Əgər bir şeyin üzərinə təyəmmüm etməyin səhih olduğuna əmin olaraq təyəmmüm edər, sonra da onunla təyəmmüm etməyin batil olduğunu başa düşərsə, o təyəmmümlə qılmış olduğu namazları yenidən qılmalıdır.
Məsələ 702: Üzərinə təyəmmüm edilən şey qəsb edilmiş olmamalıdır. Belə ki, əgər qəsb edilmiş bir torpaq üzərinə təyəmmüm edərsə, təyəmmümü batildir.
Məsələ 703: Qəsbi yerdə təyəmmüm batil deyildir. Demək əgər öz mülkündə əllərini yerə vursa və icazəsiz başqasının mülkünə daxil olsa və əllərini alnına çəksə, günah etməsinə baxmayaraq, onun təyəmmümü səhih olar.
Məsələ 704: Qəsb edilmiş şeyin qəsb edildiyini unudaraq və ya qəflətən üzərinə təyəmmüm edərsə, səhihdir. Amma əgər bir şeyi özü qəsb edər və qəsb etdiyini unudaraq üzərinə təyəmmüm edərsə, təyəmmümünün səhih olması işkallıdır.
Məsələ 705: Qəsb edilmiş yerdə həbs edilən bir şəxs, əgər oranın suyu və ya torpağının hər ikisi də qəsbidirsə, təyəmmümlə namaz qılmalıdır.
Məsələ 706: Üzərinə təyəmmüm etdiyi şeyin lazım-ehtiyata əsasən əldə qalacaq qədər tozu olmalı və ona əlini vurduqdan sonra, əlini, ondan qalan tozun hamısı töküləcək şəkildə şiddətlə çırpmamalıdır.
Məsələ 707: Çala yerə, yol torpağına, üzünü duz tutmamış şor yerə, təyəmmüm etmək məkruhdur. Əgər onun üzünü duz tutsa, batildir.

DƏSTƏMAZ VƏ QÜSL ƏVƏZİNƏ TƏYƏMMÜMÜN GÖSTƏRİŞİ

Məsələ 708: Dəstəmaz və ya qüsl əvəzinə edilən təyəmmümdə dörd şey vacibdir:
1) Niyyət
2) Əllərin ikisinin içini birlikdə təyəmmüm səhih olan şeyə vurmaq ya da qoymaq. Lazım ehtiyata əsasən bu iş gərək iki əlin içi ilə əmələ gətirilsin.
3) Hər iki əlin içini tamam alına və həmçinin onun iki tərəfini, lazım ehtiyata əsasən, tük bitən yerdən ta qaşlaracan və burnunun yuxarısına və ehtiyat müstəhəbb odur ki, əlləri qaşların üstünə çəksin.
4) Sol əlin içini, tam olaraq sağ əlin arxasına çəkmək və sonra sağ əlin içini tamam sol əlin arxasına çəkmək.
Məsələ 709: Təyəmmüm istər dəstəmaz əvəzi olsun, istər qüsl əvəzi, bu tərtiblə əmələ gətirilməsi ehtiyat müstəhəbbdir: Bir dəfə əlləri yerə vursun, sonra alnına və əllərinin arxasına çəksin. Sonra əlini yenə də yerə vursun və əllərinin arxasına çəksin.

 

0 şərh