Namaz qılmağın gözəlliyi

Əs-Səlamu Aleykum. Namaz qılmaq Allahın əmridir. Allah təala bizə buyurur ki, "Mən insanları və cinləri yalnız Mənə ibadət etmək üçün yaratdım". İbadət etmək bizim özümüz üçün lazımdır. Bizim özümüzə xeyirdir. Əlbəttə bizim ibadətlərimizin yalnız özümüzə faydası var. Bu ibadətlərdən də biri namaz qılmaq ibadətidir. Namaz qılmaq insana rahatlıq gətirir. Namaz qılanda iman artır. Bunu heç bir sözlə təsvir etmək olmaz. Allahın Rəsulu (ona və aləsnə salam olsun) namaz haqqında saysız-hesabsız kəlamlar zikr etmişdir. Onun ən gözəl sözlərindən biri də namazı suya bənzətməsidir. Belə ki, bu xəbər səhih kanallarla bizə gəlib çatmışdır ki, Allahın Rəsulu (ona və ailəsinə salam olsun) səhabələrə belə demşdir: "Sizdən brnizin evinin önündən hovuz (su, bulaq) axsa və hər gün beş dəfə həmin suda yuyunsanız sizin üzərinizdə kir, çirk qalarmı? Səhabələr cavab veriblər ki, əlbəttə kir qalmaz. Allahın Rəsulu belə buyurub: "Gündə beş vaxt qılınan namaz da belədir. Siz gündə beş vaxt namaz qılmaqla günahlardan yuyunub təmzlənərsiniz". Bu hədis məşhur hədislərdən biridir. Allahın Rəsulu (ona və aləsinə salam olsun) bizə xəbər vermişdir ki, əgər gündə beş vaxt namazımızı vaxtlı-vaxtında qılsaq bizim üzərmiizdə günahdan heç bir əsər-əlamət qalmaz. Çünki, Allah təala buyurmuşdur ki, yaxşı əməllər pis əməlləri yuyub təmizləyər. Namaz qılmaq Allahın əmrini yerinə yetirdyimiz üçün yaxşı əməldir. Əlbəttə namazın bir çox şərtləri var ki, bunlara ciddi şəkldə riayət olunmalıdır. İnaşallah vaxt tapdıqca yazarıq. Allah təala faydalı etsin. Salam Aleykum.

2 şərh

Dior
Bir çoxları deyir ki,namaz qılanlar min hoqqadan çıxırlar.Əsas olan ürəyin təmizliyidir.Bilsəz bu sözləri eşidəndə
 necə əsəbləşirəm.Amma cavablarınıda verirəm.Deyirəm,Məhəmməd Peyğəmbərin (s.ə.s) qəlbi təmiz olub,ALLAHın rəsulu olub,sevimli bəndəsi olub,bəs onda gərək o namaz qılmazdı? Ürəyin təmizliyidə əsasdı.Amma kimki ibadət etməyi özünə sığışdırmır,vay onların halına.
IDEAL
Yoqa ilə məşğul olanlar, müəyyən pozada dayanmaqla insanın kosmik enerji aldığına inanırlar. Həqiqətdə də onların əldə etdiyi nəticələri
şahidi olanda düz dediklərinə şübhə ilə yanaşmaq olmur. Onuda deyim ki, namazın rükü,səcdəsi və s. də ən çox kosmik enerji toplanan 
pozalar sırasındadı. Burada bir müdrik kəlam yap yerinə düşür: «Bəndənin Allaha ən yaxın olduğu an, səcdədə olduğu andı»