Süd verməyin hökmü
Məsələ 2473: Əgər bir qadın bir uşağı 2483-cü məsələdə deyiləcək şərtlərlə süd versə, o uşaq aşağıdakılardan məhrəm olar:
Davamı →
- O qadının özü ki, ona süd anası deyərlər.
- O qadının əri ki, süd onunla əlaqədardır, ona süd atası deyərlər.
- O qadının ata-anası və nə qədər yuxarı getsə, onun süd ata-anası olsa da.
- O qadından dünyaya gəlmiş və sonradan dünyaya gələcək uşaqlar.
- O qadının övladının uşaqları və nə qədər aşağı getsə, istər onun övladlarından dünyaya gəlsin, istərsə də onun övladı o uşaqlarına süd vermiş olsun.
- O qadının bacı-qardaşı süd bacı-qardaşı olsa da, yəni süd verməklə o qadınla bacı-qardaş olublar.
- O qadının əmi və bibisi, süd əmməklə əmi-bibi olsa da.
Davamı →