Рейтинг
+2.26

Fiqh (şəriət)

15 üzv, 76 topik

Ölüyə Quran tapşırmaq

Ölən insanın ardınca oxunan Quranın ölüyə heç bir təsiri yoxdur. Bu məsələ ilə əlaqədar heç bir dini dəlil — ayə və ya hədis də yoxdur.


Lakin Allah Təala tövsiyə edir ki, bizdən əvvəlki müsəlman qardaşlarımız üçün xeyir-dua edək. Peyğəmbərimiz Muhəmməd (s. a. v.) də bununla bağlı olaraq həyata keçirdiyi işlərlə bizə nümunə olub.


Allah belə buyurur:


Ardı →

Hamilə qadın oruc tuta bilərmi?

Bəzi hamilə xanımlar oruc tutmağın hamiləlikdə qoyduğu mənfi təsirləri hiss edib oruc tutmurlar, digərləri isə, hamiləliyin axırlarında taqətdən düşməklərinə baxmayaraq, Ramazan ayının orucunu tuturlar. Onlardan hansının düzgün qərar verdiyini necə bilmək olar? Rəvayətlərə nəzər saldıqda və hamilə xanımların fiziki durumlarını araşdırdıqda hamilə xanımların doğru qərar verməkləri asanlaşar. Belə ki, hamiləlikdə uşağın və ananın sağlam inkişafına önəm verildiyi üçün İslam məsələnin həllini xanımların öz ixtiyarına qoyur. Həmin rəvayətlərdən bəzisini nəzərinizə çatdırırıq: İmam Cəfər (ə) oruc tutanın və xəstənin həddini bəyan edərək belə buyurub: «Bu onun özundən asılıdır, çünki qadın öz fiziki durumunu digərlərindən daha yaxşı başa düşür». Əba Cəfərdən (ə) rəvayət olunur ki, doğuşuna yaxın olan hamilə qadınlar və südü az olan analar Ramazan ayının orucunu tutmaya bilərlər. Çünki onların oruc tutmağa taqətləri olmur. Sonradan orucun qəzasını tutmalı və sədəqə verməlidirlər".



Ardı →

Yemək və içmək

1-Yemək pak olmalıdır, nəcis yeməyi yemək haramdır.

2-Ruzi halal yoldan kəsb olunmalıdır. Müsəlman şəxs malını halal yoldan kəsb etdiyi halda, onun xums və zəkatını da verməlidir. Şəriətə uyğun olmayan yoldan qazanc əldə edən şəxslərin yeməyindən qorunmaq lazımdır. İmam Əli (ə) Osman ibn Hüneyfə yazdığı məktubda belə buyurur: «Yeməyinin halallığında şübhə etsən, onu yemə.»


3-İmam Baqir (ə) buyurmuşdur: «Allah dərgahında yemək-içməkdə və cinsi məsələlərdə haramdan qorunmaqdan yaxşı ibadət yoxdur.»



Ardı →

Təyəmmüm qaydaları

Məsələ 710: İstər qəsdən, istər məsələni bilməməkdən və ya unudaraq, alının və ya əllərin arxasının azacıq bir miqdarı belə məsh edilməzsə, təyəmmüm batildir. Amma çox diqqət yetirmək də lazım deyildir. Alının və əllərinin arxasının tamamilə məsh edildiyi iddia edilərsə, kifayətdir.
Məsələ 711: Əgər əllərinin arxasını tamamilə məsh etdiyinə əmin olmasa, buna əmin olması üçün biləyin üstündən bir miqdarı da məsh etməlidir. Amma barmaqlarının arasına məsh etməsi lazım deyildir.
Məsələ 712: Alını və əllərin arxasını, ehtiyata əsasən yuxarıdan aşağıya doğru məsh etməli və təyəmmüm işlərini ardıcıl olaraq yerinə yetirməlidir. Əgər onların arasında «təyəmmüm edir» deyilməyəcək qədər fasilə verərsə, təyəmmümü batildir.


Ardı →

Təyəmmüm

Yeddi vəziyyətdə dəstəmaz və qüslün yerinə təyəmmüm almaq lazımdır:
I. Dəstəmaz və qüsl üçün su hazırlamaq mümkün olmasın.
Məsələ 655: Əgər insan abad bir yerdə olarsa, dəstəmaz və ya qüsl suyu tapa bilmək üçün ümidi kəsilincəyə qədər axtarmalıdır. Əgər həmin yer dərə-təpəli və ya ağacların çoxluğundan oraya getmək çox çətindirsə, vacib-ehtiyata əsasən qədim zamanlarda yayla atılan bir ox atışı məsafəsi qədər dörd tərəfə su axtarmaq üçün getməlidir. Əks təqdirdə hər tərəfə iki ox atışı ölçüsündə axtarış etməlidir.


Ardı →

Məzarı açmaq

Məsələ 648: Müsəlmanın qəbrini açmaq, uşaq və ya dəli olsa belə, haramdır. Amma bədəni çürümüş və torpaq olmuşdursa, eybi yoxdur.
Məsələ 649: İmamzadələrin, şəhidlərin, alimlərin və salehlərin qəbrini xarab etmək, illər keçmiş olsa və bədənləri aradan getmiş olsa da, hörmətsizlik sayılsa belə, haramdır.


Ardı →

Namaz qılmağın gözəlliyi

Əs-Səlamu Aleykum. Namaz qılmaq Allahın əmridir. Allah təala bizə buyurur ki,«Mən insanları və cinləri yalnız Mənə ibadət etmək üçün yaratdım». İbadət etmək bizim özümüz üçün lazımdır. Bizim özümüzə xeyirdir. Əlbəttə bizim ibadətlərimizin yalnız özümüzə faydası var. Bu ibadətlərdən də biri namaz qılmaq ibadətidir. Namaz qılmaq insana rahatlıq gətirir. Namaz qılanda iman artır. Bunu heç bir sözlə təsvir etmək olmaz. Allahın Rəsulu (ona və aləsnə salam olsun) namaz haqqında saysız-hesabsız kəlamlar zikr etmişdir.
Ardı →

Nişanlanma dinimiz və adət-ənənəmizdə

İslamda evlilik həzz və ləzzət üçün deyil, ailənin təşəkkülü, millətin uzunömürlülüyü, fərdi duyğu və düşüncələrin dağınıqlıqdan qurtulması və cismani arzuları cilovlanması üçündür. Evlilikdə həzz və ləzzət isə insan təbiətinə yerləşdirilmiş və evliliyə təşviqedici faktordur.
Fiqh elmində (İslam hüququ) evliliyə ilk addım sayılan nişanlanma müstəqil mövzu kimi ələ alınmır. Lakin bu İslamda nişanlılıqla əlaqəli hökmlərin olmaması mənasına gəlməz.
Ardı →

Təyəmmüm

Lüğəti mənada qəsd etmək (yönəlmək), dində isə (istilahi mənada) təmiz torpağa qəsd edib onunla üz və əlləri məsh etmək deməkdir. Uca Allah buyurur:
«Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaqyolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün.» (əl-Maidə surəsi, 6-cı ayə)

Nə zaman təyəmmüm etmək olar?
1. Su tapılmadıqda və ya istər qüsl, istərsə də dəstəmaz alaraq paklaşmağa kifayət qədər su olmadıqda;
2. Dəstəmaz almalı, yaxud qüsl etməli adam yaralı və ya xəstə olduqda halının pisləşməsindən, yaxud xəstəliyinin uzanmasından qorxduğu zaman;
3. Hava çox soyuq olduqda, dəstəmaz alan, yaxud qüsl edən adam soyuq sudan istifadə etdiyi təqdirdə ona zərər toxunacağından qorxduqda, yaxud sudan istifadə etmək (qızdırmaq və s.) imkanı olmadıqda.
Uca Allah buyurur:
Ardı →

Məhrəm şəxslər kimlərdir?

Məhrəmlik üç yolla hasil olur. Nəsəb, süd vermək və evlilik yolu ilə.

Nəsəb yolu ilə insana məhrəm olan kəslər aşağıdakılardır:
1. Ata və ana, habelə hər nə qədər yuxarı getsə. Məsələn, baba və nənə.
2. Övladlar və hər nə qədər aşağı getsə. Məsələn, nəvə və nəticə.
3. Bacı və qardaş, habelə hər nə qədər aşağı getsə. Məsələn, bacı övladları və
Davamı →