Pilatesə başlamağınız üçün 14 səbəb

Pilates sadəcə formada qalmaq üçün edilən məşq deyil. Eyni zamanda əzələ sisteminin reabilitasiyası olaraq da qəbul edilir. Hamilələrdən tutmuş fiziki cəhətdən problemləri olan insanlara qədər geniş miqyasda edilə bilən məşqlərdir. Amma çox insan pilatesə başlamaq haqqında müəyyən qədər tərəddüd edir.

Buna görə də sizin üçün pilates haqqında kiçik araşdırma etdik və təqdim edəcəyimiz 14 səbəb sizi pilatesə başlamaq üçün ruhlandıra bilər. Qeyd edək ki, bu səbəblər az məlum olan amma bir o qədər də, vacibdir.

1. Unutmayın ki, pilates bütünlüklə bədəni bərabər şəkildə inkişaf etdirir. Mütəmadi olaraq işləyən əzələlər hər hərəkətdə formaya girir. Pilates hərəkətləri bədəndə olan assimmetrikliyi düzəldir.

2. Atletlər, qayıqçılar, üzgüçülər, qolfçular, gimnastlar, boksçular və demək olar ki, bütün peşəkar idmançılar pilateslə məşğul olurlar.

3. Pilatesə başlamaq heç vaxt gec deyil. Burada yaşın önəmi yoxdur. Yəni, pilatesə görə heç vaxt yaşlı hesab olunmursunuz. Həm də, sağlam və güclü olmağınız da vacib rol oynamır. Pilateslə məşğul olaraq onsuz da, güclənəcək və sağlamlığınıza qovuşacaqsınız.

4. Pilatesin tənəffüs və hərəkət məşqlərilə məşğul olarkən orqanizminizdə qanın hərəkəti sürətlənəcək, qanın düzgün şəkildə əzələlərə, digər orqanlara, sümüklərə və toxumalara getməsinə nail olacaqsınız. Eyni zamanda da ürək və ciyərlər üçün pilates çox vacibdir.

5. Pilateslə mütəmadi məşğul olsanız onun sayəsində yaxşı nəfəs alacaqsınız və elastikliyiniz artacaq.

6. Pilates sizin özgüvəninizi bərpa edəcək. Stressdən yaxa qurtarmaq üçün də pilates ən yaxşı səbəbdir. Diqqətinizi toplamaq üçün də pilates düzgün seçimdir.

7. Pilateslə məşğul olarkən mütləq bədəninizin səsinə qulaq asın. Heç vaxt sizi narahat edən və ağrı verən hərəkətləri etməyin. Təkcə məşğul olursunuzsa sizin imkanlarınızı qarşılamayacaq hərəkətləri etməyin. Həm də, pilates edərkən müəyyən edilmiş hərəkətlərdən artığını etməyin, bu, sizin əzələləriniz üçün problem yarada bilər.

8. Soyuqdəymə və ya qrip olduğunuz zaman pilates etmək üçün özünüzü məcbur etməyin. O canlandırıcı və yeniləyici məşq olduğuna baxmayaraq, həm də, fiziki, zehni güc də tələb edir.

9. Kreslo ilə ediləcək hərəkətlər sayəsində diz-ayaq biləyində problemi olanlar bu problemləri aradan qaldıra bilirlər.

10. Pilates sayəsində onurğada, bel sümüyündə problemi olanlar, revmatizma kimi xəstəliklərdən əziyyət çəkənlər müalicə oluna bilərlər. Amma öncə həkimlə məsələhətləşmək daha yaxşı olar.

11. Böyük qruplarda pilateslə məşğul olmayın. Çünki belə olduqda heç bir probleminizi həll edə bilməzsiniz.



12. Analığa namizəd olanlar mütəmadi olaraq tənəffüslə bağlı pilateslə məşğul olsalar hamiləlik dönəmləri və doğuş zamanı çox rahat ola bilər. Hamiləliyin 3.5-4 aylığında hər şey qaydasında olarsa həkimlə məsləhətləşib pilatesə başlaya bilərsiniz.

13. Doğuşdan sonra da pilates ən ideal məşq formasıdır. Pilatesin sayəsində yeni ana olanlar öz əvvəlki bədən quruluşlarına tez qayıda və orqanizmlərini sürətlə yeniləyə bilərlər.

14. Pilates uşaqlar üçün də çox mükəmməldir. Belə ki, pilates əzələləri gücləndirir, güclü və özlərinə güvənli olmalarına şərait yaradır.

foxy.az 

0 şərh