Yataqdan qalxmamış 5 hərəkət

Çoxumuz səhərləri iş, dərs, işə gedənləri yola salmaq təlaşı ilə gözümüzü açırıq. Tez də öhdəliklərimizi yerinə yetirməyə başlayırıq. Özümüzü isə unuduruq. Payızda da vəziyyət tamam başqa olur. Biz yuxulu oluruq və daha çox yatmaq istəyirik.

Hansısa idman hərəkətindən söhbət belə gedə bilməz. Amma mütəxəssizlərin də bildirdiyi kimi, səhər yataqda edilən idman hərəkətləri insanın gün boyu gümrah olmasına səbəb olur.

 1. Bütün hallarda özünüzü yalnız və təkrarsız hiss edin.
Hər səhər özünzü sevdiyinizi etiraf edin.

2. Sakit nəfəs alın.
Burunda dərindən havanı içəri çəkin, havanı bütünlüklə ağciyərlərinizdə hiss edin, yavaş-yavaş havanı buraxın.

3. Gözləriniz üçün gimnastika edin.
Yuxarı, aşağı, sağa, sola baxın, dairə çəkirmiş kimi gözlərinizi hərəkət etdirin, gözlərinizi qıyaraq bir neçə dəfə qırparaq yumub-açın.

4. Özünüzü tam çəkin, rahatlanın.
Qollarınızı yuxarı doğru qaldırın, özünüzü tam dartaraq çəkin.

5. Qollarınızı uzanıqlı vəziyyətdə bir daha yuxarı qaldırın və özünüzü tam dartın.
Bu zaman siz rahatlayacaqsınız. Sağ dizinizi əyərək qollarınız bərabərində yuxarı qaldırın və özünüzü dartın, çiyinləriniz və qollarınız rahat olmalıdır bu vəziyyətdə. Daha sonra isə eyni hərəkəti sol dizinizlə də təkrarlayın. Əgər belinizdə nəsə hiss edirsinizsə, demək, bu hərəkət effektlidir.

0 şərh