
Tərləmə tər vəziləri vasitəsilə olur. İki növ tər vəziləri ayırd edilir: ekkrin vəzlər, bunların hüceyrələri sekret hasil edib onu vəzinin boşluğuna ifraz edir, həm də sekretor vəzilər dəyişilmir; apokrin vəzilər — bu vəzilərin sekresiyası zamanı vəzi hüceyrəsi protoplazmanın bir hissəsi parçalanır, həm də hüceyrələr xaric olan tərin içərisinə düşür.
Əzələ işi, xüsusən, yay aylarında orqanizmə çoxlu maye daxil edilməsi tər ifrazını artırır. Psixi anlar (sinir-psixi gərginləşmə, qorxu) ətraf mühitin adi temperaturunda da güclü tər ifrazına səbəb ola bilər.
Ətraf havanın temperaturunun yüksəlməsi sinir mərkəzlərini reflektoru qıcıqlandırmaqla tər ifrazını artırır.
Bəzi dərman maddələrində sekretor sinirlərinin periferik uclarını oyatmaq və ya süstləşdirmək xassəsi vardır, məsələn, pilokarpin tər vəzinin ifrazını artırır, atropin isə azaldır və s.
Tər ifrazı pozğunluqları ümumi və yerli olur. Bu pozğunluqlara hiperhidroz deyilir. Ümumi hidroz əməli cəhətdən sağlam olan, lakin çox tərləyən şəxslərdə tərin həddən artıq ifraz olunması nəzərdə tutlmur. Yerli hiperhidroz adətən ovuclarda və ayaqların altında, qoltuqaltı çuxurlarda, sarğıarası büküşdə və nadir hallarda dəri örtüyünün digər hissələrində müşahidə edilir.
Ardı →