Bədənimizə çarpan molekulları niyə hiss etmirik?

Bütün kainat və bədənimiz çox böyük sürətlə hərəkət edən molekullardan meydana gəlib. Boşluqda hərəkət edən molekulların sürəti saniyədə 1000 metri keçir. Bu, tapançadan atılan güllənin sürətinə bərabərdir. Hal-hazırda oturduğunuz otaqdakı molekulların sürəti isə saniyədə 500 metrdir. Bu halda üzümüzə, gözlərimizə, bir sözlə bütün bədənimizə böyük sürətlə fasiləsiz olaraq dəyən daimi molekul bombardmanı ilə qarşı-qarşıyayıq. Normal şərtlərdə bu bombardman bizə  ağrı verməlidir. Çünki aparılan hesablamalar göstərir ki, molekulların, məsələn, yalnız gözümüzə dəyməsi ilə 1 kq-lıq kütlənin ağırlığına ekvivalent qüvvə yaratdığını göstərir. Buna baxmayaraq biz heç bir şey hiss etmədən gündəlik həyatımıza davam edirik. Hətta ətrafımızdakı molekulların bu sürətli hərəkətindən xəbərimiz belə yoxdur. Çünki Allah bizi bu şərtlərə uyğun mükəmməl xüsusiyyətlərlə yaratmışdır.

 Molekulların bədənimizə çarpdığını niyə hiss etmirik?

Bunun cavabı bədənimizin yaradılış möcüzəsində gizlənib. Çünki beynimizə ağrı siqnallarını göndərən sinirlərimiz atmosfer təzyiqinin bədənimizdə meydana gətirdiyi dəyişikliyi, başqa sözlə, molekulların bədənimizə çarpması ilə yaranan təzyiqi siqnala çevirmirlər. Sinir hüceyrələri yalnız kəskin təzyiq dəyişikliyində beyinə siqnal göndərirlər.

Bununla yanaşı, Allah sinir hüceyrələrini xarici təsirlərə qarşı böyük uzlaşma içində yaratmışdır. Məsələn, qolumuza barmağımızla  davamlı olaraq bassaq, yaranan ağrı hissinin getdikcə azaldığını və bir müddət sonra tamamilə itdiyini hiss edərik. Şübhəsiz, bu, çox böyük nemətdir. Məsələn, əgər belə bir xüsusiyyətimiz olmasaydı, paltarlarımızın meydana gətirdiyi təsir nəticəsində sinir sistemi beynimizin ayırd edə bilməyəcəyi qədər çox və lazımsız siqnal göndərər və biz də geyimlərimizdən daim narahat olardıq.

 Molekul bombardmanını hiss etdiyimiz vəziyyət: Külək

Molekulların hərəkəti bəzən bizim hiss etdiyimiz ölçülərə çata bilir. Bu, bəzən bizi üşüdəcək qədər yüngül,  bəzən də ağacları aşıracaq, binaları uçurdacaq qədər güclü külək ola bilər. Bəs, küləyi necə hiss edirik?

 Havanın itələmə qüvvəsi

Bədənimizin bir tərəfinə doğu hərəkət edən hava molekulları, digər tərəfinə doğru hərəkət edənlərə nisbətən daha çox itələmə qüvvəsinə sahib ola bilir. Belə olan halda külək istiqamətinə doğru itələnirik. Digər halda isə əgər havada külək yoxdursa, hər tərəfimizə eyni miqdarda itələmə qüvvəsi tətbiq olunduğundan ümumi itələmə qüvvəsi sıfırdır. Bu vəziyyətdə molekulların bədənimizə çarpmasının yeganə təsiri üzərimizə tətbiq etdiyi təzyiqdir ki, bu, bədənimizdəki xüsusi quruluş sayəsində hiss edilmir.

 Molekulların hərəkətləri təsadüfi deyil

Mayelərdə bir-birlərinin üzərindən gəlib keçən, qazlarda bir-birlərindən uzaqlaşan, bərk maddələrdə isə bir-birlərinə möhkəm şəkildə yaxınlaşan molekullar Allahın təyin etdiyi  nizama görə hərəkət edirlər. Stəkanı meydana gətirən molekullar heç zaman səbəbsiz yerə dağılıb bir-birlərindən ayrılmazlar. Stəkanı molekullarından ayırmaq üçün müəyyən istilik lazımdır.

Suyun molekullara ayrılmasını təmin edən temperatur nisbəti də bəllidir. Amma eyni temperatur içində su olan metal qazanı molekullara ayırmaz. Elə bu səbəbdən  də metal qazanda rahatlıqla su qaynada bilirik. Qazanın molekullarının bir-birlərindən uzaqlaşa bilmələri üçün daha yüksək temperatur lazımdır. Buxara çevrilən su bir-birindən get-gedə uzaqlaşan molekullardan meydana gəlir. Bir-birindən uzaqlaşan bu molekullar daim hərəkət etdiyindən ətrafa asanlıqla yayıla bilir. Mətbəxdə bişən yeməyin qoxusunu da elə bu səbəbdən digər otaqlardan hiss edə  bilirsiniz.

 Allah hər şeyi müəyyən ölçüdə yaratmışdır

Alimlərin “təbiət qanunu” adlandırdıqları bu həssas tarazlıq olmasaydı, yer üzündəki heç bir şey, hətta öz bədənimizdəki zülalları və hüceyrələri meydana gətirən molekullar da daxil olmaqla kainatda heç nə sabit olmazdı. Bu molekulların sahib olduğu hərəkət sürətlərini və bizə böyük sürətlə çarpdıqlarını hiss etsəydik, həyat bizim üçün dözülməz dərəcədə çətinləşərdi. Çünki həm ətrafımızı, bədənimizi meydana gətirən molekulların dağılıb ayrılmalarına mane olmağa, həm də çarparaq bizə zərər vermələrinin qarşısını almağa çalışardıq və bunun nəticəsində başqa heç nə edə bilməzdik. Ancaq Allah hər şeyi nizam və  bir-biri ilə qüsursuz  uzlaşma içində yaratmışdır. Allahın qüdrətinin göstərən  bir ayədə belə bildirilir:

“Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?!” (Mülk surəsi, 3)

“Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?! Eləcə də yeri necə döşədiyimizi, orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən (meyvə) yetişdirdiyimizi görmürlərmi?! Bütün bunları Rəbbinə tərəf dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik.” (Qaf surəsi, 6-8).

 

loading...

0 şərh