Kvant fizikasını necə öyrənməli?

  • Fizika
Bu dəfəki, yazıda hər hansısa Kvant Fizikasına aid olan sahədən, kvant texnologiyasından, zərrəciklərdən, tənliklərdən deyil, təmamilə başqa mövzu olan Kvant Fizikasını necə öyrənməli mövzusuna toxunacam.

Kvant fizikası dedikdə, hamıda bir təşviş, qorxu, bir çoxlarında isə həyəcan yaranır. Bu təbii haldır. Çünki kvant fizikası ortaya çıxdığı andan bu ana qədər öz mükəmməliyini qoruyub saxlamışd və daha da təkmilləşərək bütün testlərdən uğurla çıxmışdır. Ancaq insanlarda qorxu oyandıran tərəfi isə, qarışıq və çətin görsənən riyazi düsturlardır. İnsanlar bu tənlikləri görəndə istər-istəməz təşvişə düşərək kvant fizikasından soyuyurlar. Ancaq məsələyə heç də elə yanaşmaq lazım deyil. Kvant fizikası əsrlər boyu inkişaf edərək, həm fəlsəfədə öz yerini tutub, həm də psixologiyada. Kvant düşüncə texnikası, Kvant fəlsəfəsi də kvant fizikası qədər özünü doğrultmuşdur.

İndi isə gələk Kvant Fizikasını öyrənməyin yollarına. İlk əvvəl seçmək lazımdır kvant fizikasının hansı tərəfini öyrənəcəksən. Konkret kvant mexanikası, riyazi formullarla sırf kvant fizikasının özünü, yoxsa sadəcə nəzəriyyələri və onun fəlsəfəsinimi?!

Əgər kvant mexanikası və ya kvant fizikasını dərindən öyrənmək istəyirsinizdə ilk öncə bu sahəni sevməlisiniz! Çünki, bir çox insan bu sahəyə başlayıb və yarıda qoyub. Daha sonra isə xəyal gücünüz yaxşı olmalıdır ki, hadisələri təsəvvür edə biləsiz. Bunlardan əlavə isə, riyazi qabiliyyətiniz yaxşı olmalıdır. Yəni inteqralı, differensial tənlikləri, törəməni, matrisləri normal şəkildə bilməyiniz lazımdır. Bunları bilməsəniz formulları sərbəst şəkildə çıxarmaq sizə mümkünsüz görsənəcək. Ancaq normal və ya biraz daha yaxşı riyazi biliyə maliksinizsə, o biliyi fizika ilə birləşdirib kvant fizikasının möhtəşəmliyindən zövq ala bilərsiniz. Əgər zəifdirsə biliyiniz, onda onu daha da yaxşıya doğru təkmilləşdirin! Bu sizə ümumi mənada çox kömək olacaq. Daha sonra isə o bilikləri kvant formullarına tətbiq edərək, sadədən başlayaraq, addım-addım işə başlayın.

Sadə formulları öyrənin, qavrayın, çıxarmağa çalışın. Bir müddət sonra artıq özünüz də hiss edəcəksiniz ki, böyük yol qət etmisiz. İşin püf nöqtəsi isə səliqəli və nizamlı çalışmaqdır. Mövzulari bir-birinə qatmadan ard-arda çalışsanız çox gözəl nəticələr əldə edərsiniz. İşin kökündə sevgi və maraq olmalıdır. Qorxu sadəcə sizi geri salır. Özünüzə inanaraq addımlayın.

Yuxarıda qeyd etdiyim ikinci sahə isə kvant nəzəriyyələri, fəlsəfəsi və ya psixologiyasıdır. Bu artıq sizin seçiminizdir. Burda isə formullara gərək yoxdur deyə riyazi biliklər elə də əsas rol oynamır. Burda əsas rolu düşünmə qabiliyyətiniz oynayır və bununla yanaşı xəyal gücünüz. Oxudugunuz mövzunu, fikri özünüzdə sorğu-sual edərək qavraya bilərsiz. Ancaq oxuyub fikir olsun deyə üzərindən keçsəz sadəcə o mövzu haqqında bilginiz olar, düşüncəniz və ya fikriniz yox. Kvant isə insanları düşünməyə səsləyir.

Ümumi olaraq belə nəticəyə gələ bilərik ki, kvant fizikasını, kvant fəlsəfəsini və kvant psixologiyasını öyrənmək üçün ilk lazım olan sevgi, xəyal gücü və böyük maraqdır. Zamanla digər sadaladığım şeylər yerinə otura bilər. Sizin hər birinizə bu yolda bol-bol uğurlar.

Sadiq Şamilov
loading...

0 şərh