Kəpənək effekti

Kəpənək effekti (“The Butterfly Effect”) ən qısa təriflə, kiçik bir vəziyyətin gözlənilməz (hesablanmayan, öncədən bilinməyən) və xaos həddinə çatan, hətta effektin davamlı olaraq artması vəziyyətinə verilən addır. Bu anlayışı Edvard Norton Lorenz (Edward Norton Lorenz) 1963-cü ildə hava proqnozu ilə bağlı bir hesablama apararkən kəşf etmişdir.

Bu hesablamada ilk olaraq 0,506127 rəqəmini hadisənin başlanğıc rəqəmi kimi qəbul etdi. İkinci hesablamada isə 0,506 rəqəmini başlanğıc kimi götürdü. Yəni hər iki rəqəm arasında mində bir nisbətində fərq vardı. Bu nisbət bir kəpənəyin qanad çırpmasının yaratdığı küləklə eyni ehtimalı ifadə edir. Ancaq bu fərqə rəğmən proses həyata keçirilərkən ikinci hesablamada istifadə olunan dəyər nəticəyə çatanda çox fərqli bir duruma səbəb olur. Yəni rəqəmlərin bir-birinə çox yaxın olmasına baxmayaraq, nəticələrdə fərqlilik yaranır.

Linear (xətti) sistemlərdə girişdə olan çox kiçik bir fərq çıxışda çox böyük fərqlərə səbəb ola bilir. Yəni, qısaca, çox kiçik bir ehtimal belə daha böyük ehtimallara gətirib çıxara bilir.

“Kəpənək effekti” Lorenz tərəfindən irəli sürülən “Xaos teoremi”nin bir mülahizəsidir. O, “Xaos teoremi”ndə bu ifadədən istifadə edir: Amazon meşələrində bir kəpənəyin qanad çırpması ABŞ-da fırtına qopmasına səbəb ola bilər. Başqa bir örnəklə, bir kəpənəyin qanad çırpması dünyanın yarısını əhatə edən bir qasırğanın yaranmasına səbəb ola bilər.

Kəpənək effektinə tarixi baxış
“Xaos teoremi” və başlanğıc şərtlərinə həssas bağlılıq ədəbiyyatda Henri Poynker (Henri Poincaré) tərəfindən 1890-cı ildə üç cisim probleminin xüsusi bir halında təyin edilmişdi. Poynker bunun daha sonra yayıla biləcək bir fakt olduğunu önə sürmüşdü. 1898-ci ildə Yakes Hadamard (Jacques Hadamard) neqativ əyrilikdəki kosmoslarda orbitlərin ümumi fərqini alarkən bu anlayışa diqqət yetirdi. 1908-ci ildə Pier Duhem (Pierre Duhem) bunun ola biləcək ümumi önəmini müzakirəyə qoydu. Bir kəpənəyin əvvəl-axır tarixi hadisələrə geniş mənada dalğalanma təsiri edə biləcəyi fikri ilk dəfə zamanda səyahət haqqında Rey Bredberi (Ray Bradbury) tərəfindən 1952-ci ildə yazılmış “İldırım səsi” (A Sound of Thuner”) adlı qısa hekayədə görülmüşdür.

Digər sistemlər
Kəpənək effekti hava proqnozundan başqa, həqiqətən də, hər hansı qarışıq bir sistemin görünüşdə çox kiçik olan faktorlara qarşı həssas olduğunu göstərərək fərqli sistemlərə tətbiq edilir. Məsələn, Günəş sistemindəki asteroidlərin orbitini təxmin etmək çətin ola bilər. Bu asteroidlərin hərəkəti Günəşin, planetlərin, peyklərin və hətta, digər asteroidlərin qravitasiyasını əhatə edərək Günəş sistemi boyunca çox sayda fərqli qravitasiya effektindən təsirlənə bilər. Bu başlı-başına bir xaosdur, elə deyilmi?

İnsan davranışları da Kəpənək effekti anlayışı ilə bağlı ola bilər. Çünki insan davranışlarında da başlanğıcdakı kiçik dəyişiklik öncədən bilinməyən digər davranışlara səbəb ola bilər. Məsələn, intihar edənlər heç kimin bilmədiyi saysız kiçik detallar üzərində tərəddüdə düşə bilərlər, amma, yenə də intiharı təxmin etmək mümkündür, çünki səbəbi bu kiçik detallardan biri ola bilər.

Bu ifadədə istifadə olunan kəpənək örnəyi yaranan hadisənin “Kəpənək effekti” kimi adlandırılmasına səbəb olmuşdur. Əlbəttə ki, bu vəziyyətin doğruluğu tam isbat olunmadığı üçün sadəcə teorem kimi qalmışdır. Bu durum, əsasən, yaranan kiçik bir təsirin xaoslara səbəb ola biləcəyi hallarda örnək kimi istifadə olunur.

Örnək kimi aşağıdakı videonu izləyərək Kəpənək effektini daha yaxşı başa düşə bilərsiniz. Doğru tənzimlənmiş bir sistemdə 5 mm-lik domino daşı təxminən 45 kg-lıq mərmərin yıxılmasına səbəb olur. Sistemdə hər domino daşının sahəsi bir öncəkindən 50% daha böyük olaraq qurulmuşdur.



 Redaktə etdi: Fatimə Əliyeva 
rezonanss.com
 

0 şərh