Daniil Bernulli

Daniil Bernulli (Daniel Bernoulli) 1700-cü ildə Niderlandın şimal-şərqindəki Qroningen şəhərində anadan olub. Daniil böyük qardaşı Nikolayın yanında riyaziyyat elmini öyrənmişdir. O, təhsilini 1716-cı ildə Bazel universitetində başa vurur və 1725-ci ildə qardaşı Nikolay ilə birlikdə Peterburqa gedir. O vaxt Rusiyada elmi inkişaf etdirmək məqsədi ilə Pyotrun islahatları əsasında bir çox xarici ölkə alimləri Rusiyaya dəvət edilirdi. Bernulli qardaşları da Rusiyaya dəvət olunanlardan idi. Peterburqda 8 ay işlədikdən sonra Nikolay ölür. Artıq o vaxt Bernulli riyaziyyat professoru idi. O, 1725-ci ildən 1733-cü ilə kimi Peterburq EA-da işləmişdir. Bernulli Peterburq EA-da əvvəlcə fiziologiya ilə məşğul olub, 1730-cu ildən riyaziyyat kafedrasına, 1733-cü ildə Bazelə qayıdaraq orada anatomiya və botanika kafedrasına, 1750-ci ildən isə təcrübi fizika kafedrasına rəhbərlik etmişdir. Onun mühüm əsərləri maye və qaz cisimlərin mexanikasına aiddir. Peterburqda yazdığı məşhur «hidrodinamika» əsərini beş il sonra, 1738-ci ildə Bazeldə nəşr etdirir. Bu əsərində ideal mayenin stasionar hərəkətinin əsas tənliyini çıxarmışdır:
Bernulli tənliyi:

Bernulli tənliyinin hidrodinamika və texniki hidrodinamikada böyük əhəmiyyəti vardır. Bernulli tənliyi — su borusunda axan mayenin dinamik, statik və hidrostatik təzyiqlərinin cəminin borunun hər yerində eyni olduğunu göstərir. Maye üfüqi səviyyədə axarsa Bernulli tənliyi:

şəklində ifadə olunur.
Bernulli qanunu
1726-cı ildə D.Ber­nulli tərəfindən öyrənilmişdir ki, su və ya hava şırnağında sürət kiçikdirsə, təzyiq böyükdür və əksinə, sürət böyükdürsə, təzyiq kiçikdir. Elmdə bu Bernulli prinsipi adlanır.
Paris akademiyası fi­zika və riyaziyyata aid ən yaxşı işlərinə görə Bernullini 10 dəfə təltif etmişdir. D.Bernulli ehtimal nəzəriyyəsinə aid, sıralar nəzəriyyəsinə, adı diferensial tənliklər sahəsində bir sıra mühüm işlər yerinə yetirmişdir. O, triqonometrik funksiyaları xüsusi törəməli uyğun diferensial tənliyin həllinə tətbiq etmişdir.
Bernulli istiliyə cismi təşkil edən zərrəciklərin hərəkətinin nəticəsi olması barədə hipotezi müdafiə etmiş və maddənin molekulyar quruluşunu inkişaf etdirmiş. Boyl-Mariott qanununun ilk nəzəri izahını vermişdir.
O, 1760-cı ildə özünün qurduğu elektrometrlə apardığı təcrübələrdən belə nəticəyə gəlmişdir ki, elektrik yükləri ilə yüklənmiş cisimlər arasındakı qarşılıqlı təsir qüvvəsi, onlar arasındakı məsafənin kvadratı ilə tərs mütənasibdir.
Elmdəki xidmətlərinə görə Bernulli 1748-ci ildə Berlin və Paris EA-nın, 1750-cı ildə isə London Kral cəmiyyətinin fəxri üzvü seçilmişdir.

0 şərh