Georq Rixman

Georq Rixman Estoniyanın Pernov şəhərində anadan olub. O, təhsilini artırmaq üçün Almaniyaya gedib Qalle universitetinə daxil ol­muş və bir qədər oxuduqdan sonra məktəbi yarımçıq qoyaraq işləmək üçün Peterburqa gəlmişdir. Rixman Peterburqda bir qraf ailəsində tərbiyəçi işləməklə yanaşı mütaliə etmiş və beləliklə biliyini artırmağa çalışmışdır. Öz üzərində inamla çalışmasına görə Rixman 1735-ci ildə Peterburq Elmlər Akademiyası nəzdindəki universitetə daxil olur. Yaxşı oxumasına və tədqiqatçılıq bacarığına görə Rix­man 1740-cı ildə akademiyada adyunktluğa və 1741-ci ildə isə, professorluğa keçirilir.
Qeyd etməliyik ki, istilik hadisələrinin öyrənilməsində ilk tədqiqatlar: istilik ölçməyə, cisimlərin istidən genişlənməsinin öyrənilməsinə və istilikkeçirmə hadisəsinə həsr edilmişdir.
Rixmanın əsas elmi işi istilik və elektrik sahəsindədir. O, 1744-ci ildə qatışığın temperaturunu təyin etmək üçün düstur vermişdir. 1744-cü ildə Akademik Kraft riyazi üsulla belə bir düstur verir ki, bircinsli iki soyuq və isti mayeni qarışdırdıqda qatışığın temperaturu

Rixmanın digər elmi tədqiqat işi elektrikə aiddir. 1745-ci ildə elektrik üzrə başladığı ilk təcrübələrdən o, müəyyən edir ki, izolyator maddələr sürtünmə ilə elektriklənir, naqillər isə elektriklənmiş cisimlərə toxunmaqla. O, 1751-ci ildə elektrostatik induksiya hadisəsini kəşf etmişdir. İlk elektrometri - «Elektrikin qüvvəsini ölçən» cihazı Rixman 1745-ci ildə ixtira etmiş, cisimlərin elektriklənməsini və elektrik keçirməsini təcrübi yolla öyrənmişdir. Elektrik sahəsindəki bir çox təcrübələrini O, Lomonosovla birlikdə aparmışdır. Rixman atmosfer elektrikini tədqiq etməyə Amerika alimi V. Franklindən əvvəl başlamışdır. M.V. Lomonosov və G.Rixman 1753-cü ildə atmosferdə elektrik hadisələrini öyrənmək üçün öz təcrübələrini aparmışlar. Rixman ildırımdan süni yolla qığılcım alaraq elektrikləşmə hadisəsini kəmiyyətcə qiymətləndirmək istəyirmiş. O, özü düzəltdiyi «ildırım maşınının» çubuğuna ehtiyatsızlıq edərək çox yaxın əyliyindən ildırım vurmuşdur. Lomonosov bu hadisəni belə təsvir etmişdir: «sapları olan və asılmış məftildən gələn birinci zərbə onun başından dəydi, alnında tünd qırmızı rəngdə ləkə göründü. İldırımın qüvvəsi onun ayağından çıxıb döşəmənin taxtasına keçdi. Ayaqları və barmaqları göm-göy idi, çəkmələri dağılmışdır, ancaq yanmamışdı.» Hadisə yerinə gəlmiş təbabət doktoru X.Krattsenşteyn nə qədər yardım göstərsə də xeyri olmayıb. Rixman 1753-cü ildə atmosferdə elektrik hadisəsinə dair təcrübə apararkən ildırım vurmasından faciəli şəkildə həlak olub.

Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı

 
 

0 şərh