Gicitkən

  • Flora
Tərkibində A, B, C vitaminləri, orqanik turşu kimi maddələr olan gicitkən nə qədər insanları dalayaraq, onları özündən uzaq tutmağa çalışsa da, insanlar onun sağlamlığa olan faydalarından daima istifadə etməyə çalışırlar.

Bəs gicitkən hansı sağlamlıq problemlərinə müsbət təsir edir?
 “James Madison” Universitetində aparılan tədqiqatlar nəticəsində məlum olub ki, gicitkən otunu dəmləyib çay kimi içərək aşağıdakı xəstəlikləri müalicə etmək mümkündür.gicitken

1. Qanı təmizləyir və artırır
2. Dəmir çatışmazlığını aradan qaldırır
3. İltihabı götürür
4. Revmatizmin müalicəsi üçün olduqca əhəmiyyətlidir
5. Mədə bağırsaq yaralarını yaxşılaşdırır
6. Bir çox allergiya xəstəliyinə müsbət təsir edir
7. Yetkinlik dövründə ortaya çıxan səpkiləri təmizləyir
6. Həmçinin, gicitkən toxumunu döyərək balla qarışdırıb gündə 2-3 çay qaşığı yemək cinsi gücü artırır.

Qeyd edək ki, bu reseptdən istifadə edərkən 8-10 qramdan artıq gicitkən toxumu qəbul etmək olmaz.

2 şərh

asel
gicitkan dəmləməsi ilə saçları yaxalamaq xeyirlidir
SHATENKA407
bir şey mənə maraqlıdır...görəsən bunu çay kimi içmək qan təzyiqini  salmazmı?