Kəklikotu

  • Flora

Kəklikotunun əsasən, təzə yarpaqlarından istifadə edilir. Qurudulmuş halda da istifadə etmək olar. Xoş qoxulu və bir az acıdı. Ən yaxşı və keyfiyyətli variantı çox təsirli olur. 

Kəklik otunu tamat souslarında, qızardılmış meyvələrdə və ətlərdə istifadə edilir. İtalyan yeməklərinin demək olar ki, bütün menyularında yer alır. ən çox istifadə edildiyi yemək isə pizzadır. Sarımsaq və qatıqla qarışdırıb dadlı sous hazırlamaq olar. 

Kəklikotunun bir çox faydaları vardır. Sakitləşdirici təsirə malikdir. İmmuniteti artırır. Soyuqdəyməyə qarşı faydalıdır. 

Mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. İştahanı yaxşılaşdırır. Həzmə kömək edir. Mədə-bağırsaqları və ciyərləri təmizləyir. Ağciyər xəstəliklərinə qarşı faydalıdır. Bağırsaq qurdlarını salır. Ən yaxşı ağrıkəsicidir. Revmatizmanın müalicəsinə kömək edir. Öskürəyi kəsir. Qripə qarşı faydalıdır. Bəlğəmgətirici təsirə malikdir. Spazmalara qarşı təsirlidir. Diş ağrısını aradan qaldırır. Damaqları möhkəmləndirir. Yaraların sağalmasına kömək edir. Şəkər xəstəliyinə qarşı faydalıdır. Stresa qarşı faydalıdır. Yuxusuzluğu aradan qaldırır. Qan dövranını nizamlayır. Qan azlığını aradan qaldırır. Xərçəngə qarşı faydalıdır.

Faydaları:kəklikotu

  •  Sakitləşdirici təsirə malikdir.
  • İmmuniteti artırır.
  • Soyuqdəyməyə qarşı faydalıdır...
  •  Mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur.
  •  İştahanı yaxşılaşdırır.
  • Həzmə kömək edir.
  • Mədə-bağırsaqları və ciyərləri təmizləyir.
  • Ağciyər xəstəliklərinə qarşı faydalıdır.
  • Bağırsaq qurdlarını salır.
  • Ən yaxşı ağrıkəsicidir.
  • Revmatizmanın müalicəsinə kömək edir.
  • Öskürəyi kəsir.
  • Qripə qarşı faydalıdır.
  • Bəlğəmgətirici təsirə malikdir.
  • Spazmalara qarşı təsirlidir.
  • Diş ağrısını aradan qaldırır.
  • Damaqları möhkəmləndirir.
  • Yaraların sağalmasına kömək edir.
  • Şəkər xəstəliyinə qarşı faydalıdır.
  • Stresa qarşı faydalıdır.
  • Yuxusuzluğu aradan qaldırır.
  • Qan dövranını nizamlayır.
  • Qan azlığını aradan qaldırır.
  • Xərçəngə qarşı faydalıdır.

Soyuqdəymənin ən yaxşı dərmanı kəklikotudur. Müalicəvi bitkilərdən olan kəklikotu faydalı xüsusiyyətləri ilə əsl şəfa mənbəyidir. Kəklikotu hələ qədimdən xalq təbabətində əsasən soyuqdəymənin dərmanı kimi işlədilib. Tərlədici, bəlğəmgətirici və antiseptik xassəyə malik olduğu üçün laringit, bronxit, göy öskürək, pnevmaniya kimi xəstəliklərdə, eləcə də boğaz ağrılarında ondan faydalı vasitə kimi istifadə etmək olar. 

Kəklikotu dəmləməsi qarqara şəklində ağız boşluğunun və udlağın iltihabı zamanı, eləcə də mədə-bağırsaq xəstəliklərində əhəmiyyətli sayılır. 

Onun çiçəklərini çeynəmək diş ağrısına, damaqların möhkəmlənməsinə müsbət təsir edir. Kəklikotu həmçinin iştahı yaxşılaşdırır, həzmə kömək edir, mədəni və ciyəri təmizləyir. Bu bitkinin həlimi qarında köp və spazmı götürür, bağırsaq qurdlarını tökür. Qan təzyiqi yüksək olanlar da kəklikotundan faydalana bilər.

Kəklikotu dəmləməsi qan dövranını yaxşılaşdırdığı üçün insanda xoş əhval-ruhiyyə yaratmaq, sinir sistemini sakitləşdirməq qabiliyyətinə malikdir. 

Dərinin parlaqlığı, eləcə də yaraların sağalması üçün onun məlhəmi çox xeyirlidir. Məsələn, kəklikotu və baldan hazırlanmış məlhəmi zəhərli cücülərin dişlədiyi yerin üstünə çəksəniz, tezliklə kömək edər. Eləcə də gözün qarasına ağ ləkə düşərsə, ora kəklikotu şirəsi damcılatmaq lazımdır. 

Amma həkimlər hamilə qadınlara, kəskin böyrək və qaraciyər xəstəliyindən əziyyət çəkənlərə kəklikotundan istifadəni məqsədəuyğun saymır.
 

0 şərh