Möcüzəvi Aloe vera

  • Flora
Təbii şəkildə yetişən Aloe veranın faydaları çoxdur və heç bir qorxusuz rahatlıqla istifadə edilə bilər. Bu bitki faydalarına görə möcüzə də adlandırır. Son zamanlarda kosmetologiyada tez-tez istifadə edilən bitkilər sırasındadır. Tərkibindəki minerallar sayəsində dəriyə çox yaxşı təsir edir. 

İltihablara qarşı mübarizə aparırAloe vera
Bədəni qüvvətləndirir
Günəş yanıqları və böcək sancan yerləri tez sağaldır. 
Dərini nəmləndirir və qurumuş dərini yaxşılaşdırıb nəmi balanslayır. 
Dərinin sağalma prosesini tezləşdirir
Aloe veranı sirkə ilə qarışdırıb saç diblərinə çəkildikdə saç tökülməsinin qarşısını alır. 
Yaşlanmanı gecidkirir.
Çox yaxşı təmizləyici olduğu üçün ölü hüceyrələri yox edir və dəridəki məsamələri təmizləyir. 
Dəridəki toksin və artıq çirkləri yox edərkən tərkibində olan mineral və amino turşuları ilə dərini qidalandırır və yeni hüceyrələrin yaranmasını təmin edir. 
Antivirus təsirə malik olduğu üçün uçuq kimi yaraları maksimum 3 gündə sağaldır. 
Eqzamaya qarşı da istifadə edilir. 
Quru dərilərdə nəmləndirici kimi istifadə edilir. 
Əl və ayaqlarda quruluğu aradan qaldırır.
Qıcıqlanan dərilər üçün də faydalıdır. 
Sızanaq və qara nöqtələrlə mübarizədə güclü təsirə malikdir.

17 şərh

_BUMERANQ_
Aloe çox faydalıdı. Ən çox maska olaraq istifadə edirəm, amma bilirəm ki, daxili orqanlar üçün də faydası çoxdu, acı olsa da.
Bir məqam var ki, ona əməl etsək aloenin daha çox faydasını görərik. Belə ki, aloeni istifadə etməzdən əvvəl 14 gün soyuducuda saxlamaq lazımdı.  

Nailə_Qasarayeva
Maskanı necə hazırladığınızı yaza bilərsizmi?
_BUMERANQ_
Əlbəttə yazaram :)

İstifadə üçün yaxşı olar ki, çoxillik və toppuş (jelesi çox olan-şəkildəki kimi) aloedən istifadə edəsiniz.
1 çay qaşığı bala bir yarpaq aloeni(sadəcə içindəki jelesini) əlavə edib maska kimi istifadə etmək olar. ( zeytun yağı da əlavə etmək olar)
Əldə etdiyiniz maska duru olsa, problem deyil dəriyə çəkəndən 5 dəqiqə sonra üzdə sadəcə balın şirəsi qalır.
Maskanı üzdə 40-45 dəq saxlamaq olar. Üç gün ardıcı istifadədən sonra effekti özünüz hiss edəcəksiniz. Bir həftə ardıcıl istifadədən sonra 3-4 gün ara vermək daha yaxşı olar.

Mehemmedcan
Bu məqaləni  www.publika.az saytından yazıblar.
Mehemmedcan
 Mehemmedcan
_BUMERANQ_
Məhəmmədcan, topiklərə və gördüyüm qədərilə sayta qaralama, krossvord kimi baxırsınız.
Topikləri öz mənasız şərhlərinizlə hörmətdən salmayın!
Gül kimi saytın zayını çıxartmıyın! 
Mehemmedcan
Mənim başqa məqsədim var idi
Mehemmedcan
Özü də bunu etməklə sayta nə olur ki?
_BUMERANQ_
Açıqlayın biz də bilək o məqsədi.
Mehemmedcan
Deyə bilmərəm.
Mehemmedcan
Saytla bağlı deyil.
_BUMERANQ_
Saytla bağlı deyilsə, topiklərə və mümkündüsə sayta yansıtmayın.
Mən hansısa topikə şərh yazıldığını görəndə maraqlı fikirlər oxumaq istəyirəm. Yoxsa sizin klaviaturada "öz adınızı yazmaq məşqləri«nizi yox!  
Mehemmedcan
Nə isə .əl çəkək bu söhbətdən
Ruqiş
Maraqlıdır. Amma, necə istifadə etmək lazımdır ki?