Xoşbəxtlik gətirən meyvələr

  • Flora
meyvələr
Tərkibində endorphin olan meyvələr xoşbəxtlik bəxş edir. Bu meyvələr  xoşbəxtlik bəxş etməklə yanaşı, bir çox xəstəliklərdən qoruyur. Həmin meyvələr bunlardır:

Çiyələk: C vitamini olan çiyələk, ifrazat vəzlərini hərəkətə gətirərək bədənə gənclik və qüvvət qazandırır. Yüksək təzyiqin aşağı düşməsinə kömək edir və damarları təmizləyir. Həmçinin, xərçəng xəstəliyinə qarşı mübarizə aparır və böyrəkdə daş əmələ gəlməsinin qarşısını alar. 

Banan: qoxusu ilə birlikdə xoşbəxtlik gətirən əsl endorphin anbarıdır. Hirsli  və əsəbisiniz? Bu halda mağazaya gedin və banan alın. Kalsium və maqneziumun bol olduğu banan, stressin yox olmasına da kömək edir. Əsəb xəstələrinə isə hər gün yeməkdən əvvəl bir banan yemələri tövsüyyə olunur. 

Üzüm: qırmızı və ağ üzüm yeyən hər kəs ətrafına öz gülüşü ilə sevinc qatır. Üzümün tərkibində qana qarışan çoxlu miqdarda şəkər var. Zehni fəaliyyətlə məşğul olanlar üçün üzüm yaxşı qidadır. Üzümün tərkibindəki bol dəmir qanın çoxalmasına kömək edir. Təzə sıxılmış üzümün suyunu üzə və boyuna çəkib on dəqiqə saxlasanız çox yaxşı effekt verər. Bu zaman üz daha canlı və parlaq görünür. 

Portağal: Portağalın tərkibində C və B vitamini var. Bu vitaminlər isə insana dinamiklik və hərəkət  verir. C vitamini incə və qalın damarların yumşaq qalmasını təmin edir. Bədənin müqavimət gücünü artırır. Qrip olanda aşağıdakıları qarışdırıb içmək tez sağalmağa kömək edir.

Portağal suyu, şəkər, isti su və bir qədər şərab. Qanın durulmasına və təmzimlənməsinə kömək edir. Portağal həzm sistemini də yaxşılaşdırır. Portağal mürəbbəsi isə qaraciyərə müsbət təsir göstərir.

1 şərh

BaRLeLiTa
Təsadüfə bax bu meyvələrin hər birin çox sevirəm, üzümü çıxmaq şərtiylə. Onuda yeməyə bu il yavaş-yavaş başlamışam, özüdə çeyirdəyiylə birgə, sağ olsun pascalın topikinən sonra irəliləyiş gedib məndə :).