Cəfərinin faydaları

  • Flora
cəfəriCəfəri təkcə salatlara və yeməklərə ləzzət vermir, həm də bizi gözəlləşdirməyə xidmət edir. Cəfəri sağlamlığımız üçün də çox əhəmiyyətlidir. Bir çox xəstəliklərin dərmanıdır. Cəfərinin xərçəng xəstəliyinin də qarşısını aldığı faktı araşdırmalarda təsdiq olub. Səhərlər içildiyində bədəndə olan toksinləri, yəni istənməyən gecə boyu yuxu zamanı meydana gəlmiş zəhərli maddələri tər ilə bədəndən atılmasına kömək edir.

Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq, səhər yeməyindən yarım saat əvvəl içirik, üstündən bir stəkan su içirik. Sonra səhər yeməyi yemək olar. Bunu beş gün ara vermədən bunu etmək lazımdır, sonra bir həftə ara verib yenidən, təkrar edirik. Bundan sonra bədəndəki bütün kimyəvi maddələrin hamısı təmizlənir. Bu prosesi qaraciyərin piylənməsi zamanı da etmək lazımdır (yəni Xolestroldan təmizləyir)

Hepatit-B xəstələri üçün —  Yarım litr qaynayan suya 10-12 ədəd təzə cəfərini əlavə edirik. 3 dəqiqə ağzı qapalı halda zəif odda dəmləyirik. Soyuduqdan sonra yarısını səhər yeməyindən yarım saat əvvəl, yarısını isə səhər yeməyindən bir saat sonra, yerdə qalanı isə axşam yeməyindən yarım saat əvvəl içilir. Hər gün təzə olmalıdır. Bunu da 15 gün ara vermədən içmək lazımdır.

Cəfərinin faydaları nələrdir?
 
  • Cəfəri arıqlamağa da yardım edir. Dəmir vitamini əskik olanlar da çoxlu cəfəri qəbul etməldir.
     
  • A, B1, B3, və C vitaminləri, kalsium və dəmir tərkibli olan xoş qoxulu cəfəri, ət yeməkləri, şorbalar, duzlu tort və omlet, hətta plovlara dad verən gözəl bitkidir. 
     
  • Böyrək və öd daşlarının düşməsinə kömək edir. İki-üç dəstə cəfərinin köklərini 4 stəkan suda qaynadın. Səhər və axşam bir çay stəkanı için. Bu çay öd və böyrəkdə olan daşların düşməsinə kömək edir.
     
  • Yeməkdən sonra ağızınızda xoş bir qoxu olmasını istəyirsinizsə, bir neçə ədəd cəfəri çeynəyə bilərsiniz. Ağır və yağlı yeməkdən sonra özünüzü narahat hiss edə bilərsiniz. Bunun aradan qaldırmaq üçün yarım dəstə cəfərini bir dəmlikdə qaynadıb az balla qarışdırdıqdan sonra içinə az miqdarda limon sıxsanız, möcüzəvi içki və həzmi asanlaşdıran şəfa əldə etmiş olarsınız.
     
  • Cəfərinin bişmişi və bişməmişi də yuxu gətirir.

     faydalı cəfəri 
  • Çoxlu cəfəri yemək, bənizimizin rəngini düzəldir və dəriyə təravət bəxş edir. Cəfəri suyu ilə dəriyə kompres edilsə, dəri daha parlaq olur. 
     
  • Cəfərinin orqanizmi zəhərlənmələrdən təmizləyici xüsusiyyətləri də var.
     
  • Böyük bir ovuc təzə cəfəri yarpağını bir litr suda qaynadaraq əldə edilən mayedən astma, menopoz problemləri, öskürək üçün istifadə etmək olar.
     
  • Təzə cəfəri suyu böyrək, sidik kisəsi və sidik yolu iltihablarını sağaldır.
     
  • Cəfəri suyunun eynilə digər şəfalı bitkilər kimi faydaları çoxdur. Cəfəri suyunda çox yüksək miqdarda xlorofil var. Bu xlorofil maddəsi orqanimz üçün böyük əhəmiyyət kəsb edir. Çünki xlorofilin qan azlığını aradan qaldrır. Qanın artmasıyla birlikdə böyrəklər qaraciyər və sidik yollarının təmizlənməsinə və daha yaxşı işləməsinə kömək etmiş olur.
     
  • Cəfəri ən zəngin C vitamini qaynaqlarından biridir. Hər səhər bir qədər cəfəri yemək gün ərzində bizə lazım olan C vitamininin böyük qisimini təmin edə bilir.
     
  • Cəfəri siqareti yeni buraxanlar üçün də olduqca faydalı bitkidir. Belə ki, bəlğəmlərin boğazdan xaric olunmasında cəfəri suyunun böyük rolu var.

0 şərh