Çuğundurun faydaları

  • Flora
Çuğundur da digər tərəvəzlər kimi çox faydalıdır. Onun tərkibində mineral duzlar, vitaminlər, üzvi turşular və zülalları parçalayan maddələr var.

Çuğundurun şirəsi daha faydalıdır. Ürəkbulanma verməməsi üçün çuğundur şirəsini çəkəndən sonra bir az soyuducuda saxlayıb sonra içmək lazımdır. Mədə xorası və onikibarmaq bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə çuğundur şirəsi içmək məsləhət görülmür. 

Faydaları:
— Orqanizmdən radiasiyanı, ağır metal duzlarını çıxarır.
— Həzmi yaxşılaşdırır.
— Mikrobları öldürür.
— Qan damarlarının divarlarını bərkidir. 
— Ürəyin işini tənzimləyir.
— Trombların yaranmasının qarşısını alır.

— Ürəyi daim oksigenlə təmin edir.
— Tərkibindəki maqnium təzyiqin aşağı salınmasına kömək edir.
— Tərkibində qalxanabənzər vəzini işlətmək üçün kifayət qədər yodun olması zobdan əziyyət çəkənlərə əvəzsiz dərmandır.
— Tərkibindəki dəmir qanazlığının dərmanıdır.

0 şərh