Qarpız,yemiş

  • Flora
Qarpız-Citrullus Vulgaris Schrad balqabaq (Cucurbitaceae) fəsiləsindən olub,bostan bitkisi kimi Azərbaycanda geniş becərilir.
Qarpızın tərkibində şəkər (qlükoza),boyayıcı maddələr,üzvi turşu (alma turşusu) karotin,B1,B2,C vitaminləri,dəmir və kalsium duzları vardır.Onun şirəsindən xalq təbabətində böyrək xəstəliklərində sidikqovucu kimi,eləcə də malyariya əleyhinə istifadə edilir.

qarpız istəyirəm

Qarpızın qabığından həm təzə,həm də quru halda uşaqlarda kolit olanda işlədilir.Gəncə konserv zavodunda qarpız marinadası hazırlanır ki,bu
da xronki mədə xəstəliklərində həzm prosesini yaxşılaşdırmaq üçün çox xeyirlidir.





Yemiş-Melo Adans balqabaq (Cucurbitaceae) fəsiləsindən olub,tərkibində çoxlu miqdarda şəkər,C vitamini,fole və nikotin turşuları,karotin vardır.Yemişdən hazırlanmış riçalı,mürəbbəni,doşabı,və yemiş qurusunu ürək-damar sistemi,qaraciyər,böyrək xəstəliklərində,eləcə də qanazlığı zamanı qəbul etmək məsləhətdir.




Soyuq qarpız öz faydalı xüsusiyyətlərini itirir

Amerikalı alimlər Penelope Perins-Vizi və Culiya Kollin bildirmişlər ki, otaq tempuraturunda saxlanılan qarpızlarda tədricən karotinoidlərin tərkibi çoxalır. Soyudulmamış qarpızlar da 20%-dən çox beta-karotinlər və likopenlər olur. Bunlar arasındakı fərqi hətta adi gözlə də görmək olar: otaq temperaturunda 2 həftə saxlanmadan sonra qarpız tündəlşir, onun qabığı nazikləşir.
Soyuducuda saxlanılan qarpızlarda qabıq onun dərildiyi vaxtda olduğu kimi qalır. Bu isə o deməkdir ki, otaq temperaturunda qarpızlar yetişməkdə davam edir, soyuducuda isə bu proses dayanır. Lakin söhbət yalnız kəsilməmiş qarpızdan gedir. Kəsilmiş qarpızı isə soyuducuda saxlamaq olar.
Əgər siz qarpızı otaq temperaturunda saxlamışsınızsa, yeməmişdən əvvəl onu soyutmaq olar. Bu halda qısamüddətli soyutma ondakı faydalı maddələrin itməsinə gətirib çıxartmır. Buna oxşar tədqiqatlarda müəyyən edilmişdir ki, şaftalı və bananların da faydalı xüsusiyyətləri otaq temperaturunda artır.

6 şərh

ekonomist
Qarpız prikolunun yeri var.Yaxşı video idi.
mr13
:) görəsən qarpızların pulun veriblər sonra?
girl_moon
Deyirlər  hələ qarpız yemək tezdir((
Dior
Hər il bu vaxtlar bu söhbət gedir.Guya zəhərli olur.
mr13
Sabirabadı su basıb deyəsən milli qarpız məsələsi problem olacaq.
bankir
Bu il qarpız yeyəsi olmadıq:-) Sabirabadlı bir siyasətçi vardı,adı yadımdan çıxıb.həmişə ona qarpız deyirdilər.