Faukariya

  • Flora
Faukariya latınca “faux”-heyvan ağzı, yunanca “ari”-çoxlu sözlərinin birləşməsindən əmələ gəlib. Zahirən vəhşi heyvanların ağzını xatırlatdığına görə ona belə bir ad verilib. Bitkinin 30-a yaxın növü məlumdur, əsasən Cənubi Afrika səhralarında bitir.

Bitkinin ətli yarpaqlarının kənarlarında yumşaq tikanlar mimikriyanın nümunəsidir və ona zərər vermək istəyən heyvanları ürküdür. Faukariya əsasən iyul-avqust aylarında çiçəkləyir, 6-7 santimetr diametrində olan çiçəkləri qızılı-sarı rəngdədir. Buludlu havada əsasən gecələr bitkinin qönçələri demək olar ki, bağlı qalır. Əsasən toxum vasitəsilə çoxalır.

Faukariya işıqsevən bitkidir, kifayət qədər işıq düşməyəndə rozetdəki yarpaqlar seyrəkləşir və kompaktlığını itirir. Vegetasiya dövründə normal şəkildə suvarılır. Normadan artıq su veriləndə köklərdə çürümə başlayır. Payız fəslində bitkinin dinclik dövrü və xarici görünüşündə dəyişiklik başlayır- yarpaqları büzüşərək sanki quru vəziyyətə düşür. Sakitlik vaxtı suvarılma dayandırılır.

Faukariya iki-üç ildən bir təzə dibçəyə keçirilməlidir. Dibçəyin diametri geniş, dərinliyi isə az olmalıdır.
 

0 şərh