Badyan bitkisi

  • Flora
Badyan həmişəyaşıl tropik İllicium verum ağacının məhsuludur. Badyan ağacının çiçəkləri açıq sarı və yaşıl tonda olub kiçik toxumlara dönür. Badyanın toxumları 7,8,9, və ya 12 toxumun bir çətirdə birləşməsində yetişir. Toxumlar uzunsov, kiçik, dişciyə bənzər yuvalarda olur. Badyanın vətəni Cənub-Şərqi Çin və Yaponiya hesab edilir. Onu bir çox tropik ölkələrdə (Koreya, Vyetnam, Kamboca, Hindistan, Flippin və Yamayka) də yetişdirirlər.

Badyan tünd şirin, kəskin dad və xüsusi ətrə malikdir. Ondan kulinariyada, parfümeriyada və xalq təbabətində geniş istifadə edilir. 100 qram badyanın tərkibində 337 kKalori var. Onun tərkibi zülallar və karbohidratlarla zəngindir. Ondan çox istifadə eləmək çəkinin artmasına səbəb olur.

Badyanın faydalı xüsusiyyətləri
Badyanın 5-7%-ni ətirli efir yağları təşkil edir ki, onların tərkibi atenoldan ibarətdir. Orqanizm üçün badyanın həm toxumları, həm yağı, həm də yarpaqlarından istifadə edilir. Badyan orqanizmə iltihab əleyhinə, spazmolitik, meteorizm əleyhinə təsir göstərir. Badyan mədənin fəaliyyətini yaxşılaşdırır. Onu azyaşlı uşaqlara vermək bağırsqlardan qazın xaric olunmasının sürətlənməsinə səbəb olur.

Badyan öskürəyi sağaldır, səsin açılmasına səbəb olur. Badyan bəlğəmgətirici təsirə malikdir. O azyaşı uşaqlarda da öskürəyin sağalmasına səbəb olur. Bəzi ölkələrdə uşaqlar üçün badyan tərkibli öskürəkkəsici dərmanlar hazırlanır. Müalicə məqsədilə badyanın dəmləməsindən və çayından istifadə edilir. Onu revmatizm ağrıları və öskürək zamanı qəbul etmək lazımdır. Badyan çayı uşaqəmizdirən analar üçün çox faydalıdır. O döşlərə südün gəlməsinə səbəb olur. O həzmi sürətləndirir, ishalı kəsir. 

Badyan çayını ürək döyüntülərinin azaldığı zaman qəbul eləmək lazımdır. Xalq təbabətində badyandan soyuqlama və ya qurd əleyhinə istifadə edilir. Badyan dəmləməsini çay şəklində içərkən ona bal əlavə etmək xəstəliklərin əlamətlərini azaldır.

Kulinariya sənayesində badyanı xəmirlərə dadlandırıcı məqsədlə qatırlar. Bu məqsədlə bir miqdar badyan toxumunu az miqdar qaynar suda 5-10 dəqiqə qaynadıb soyuduqdan sonra xəmirə əlavə eləmək lazımdır. Badyan toxumlarını albalı mürəbbəsinə qatdıqda mürəbbənin dadı daha gözəl olur. Bu zaman badyan mürəbbənin 2-3 il təzə qalmasına səbəb olur. Bir çox ölkələrdə badyanı qızardılmış ətlərə, toyuq və balıq yeməklərinə əlavə edirlər. Bu yeməkləri daha dadlı və ətirli edir. Badyan qara istiot, razyana, sarımsaq, darçın, mixək və zəncəfillə qarışdırıla bilir. Bu zaman isə daha dadlı bir ədviyyat qarışımı alınır.

Badyanın zərərli xüsusiyyətləri
Badyandan duzsuz dieta saxlayan zaman istifadə eləmək olmaz. Bəzi hallarda badyan allergik reaksiyaların baş verməsinə səbəb olur. Allergiyası olan adamlar üzlərinə badyan yağı sürtdükləri zaman dəri yanıqları əmələ gələ bilir.

0 şərh