Patisson

  • Flora
Patisson xiyar, qabaq və balqabağın yaxın «qohumu»dur. Patisson bir çox vacib vitamin və minerallar, qidalı liflər, pektinlər, mono- və disaxaridlər və s. faydalı maddlərlə zəngindir. Təəssüf ki, bu faydalı və asan mənimsənilən tərəvəz bizdə çox da populyar deyil.

— Kalium və maqneziumla zəngin olan patisson ürək əzələsini möhkəmləndirir, ürəyə düşən gərginliyi azaldır, ürək döyünməsini tənzimləməyə kömək edir.

— Patisson yüksək arterial təzyiqi tənzimləməyə kömək edir.

— Qəbzilik zamanı qidalı liflər və pektinlə zəngin olan patisson bağırsaqların dah asan boşalmasına kömək edir.

— Patisson qaraciyər üçün çox faydalıdır — bu orqanın piylənməsinin riskini azaldır, qaraciyərin hüceyrələrini spirtli içkilərin və digər zəhərli maddələrin təsirindən qoruyur.

— Sarı patissonlar gözlər və dərimiz üçün vacib olan beta-karotinlə zəngindir.

— Patisson orqanizmi ziyanlı maddələrdən, toksin və radionukleidlərdən təmizləyir.

— Digər lifli tərəvəzlər kimi patisson da bağırsaq xərçənginin riskini azaldır.

— Patisson sidikqovucu təsirə malik olduğundan sidik kisəsini və böyrəkləri təmizləyir, böyrək daşı xəstəliyinin riskini azaldır.

— Patisson öd kisəsi üçün də faydalıdır, öd kisəsində durğunluğun və daşların əmələ gəlməsinin qarşısını alır.

— Avstraliya alimləri aşkar ediblər ki, patisson kişilərdə prostat vəzi xərçənginin riskini azaldır.

saglamolun.az
 

0 şərh