Quşüzümünün orqanizmə 10 faydası

  • Flora
1. Oynaqlarda iltihabı götürür, revmatizm, artrit, artroz — tərkibində olan kversetin oynaqlarda iltihablaşmanı aradan qaldırır, azaldır və hərəkətliliyi artırır.

2. Ürək-damar xəstəliklərində — triqliseridlərin səviyyəsini azaldır, ürək əzələsini rahatladır, damarları təmizləyir, qan dövranını yaxşılaşdırır. Bununla da insult-infarkt riskini azaldır.

3. Şəkərli diabet — qanda qlükozanın səviyyəsini endirir, hüceyrələri canlı saxlayır, diabetin digər orqanlara, damarlara zərbəsini azaldır.

4. Qaraciyər yağlanmasında — qaraciyərdə piy, yağ toplanmasına, alkoqol mənşəli olmayan qaraciyər xəstəliklərinə qarşıdır.

5. Beyin hüceyrələrini qoruyur — quşüzümü beyin üçün antioksidantdır. Beynin işləməsini təmin edir, yaddaşı, diqqəti gücləndirir. Qocalıq demensiyası, huşsuzluq, Alsgeymer xəstəliyinə qarşıdır.

6.
Gözlərin sağlamlığına faydalıdır — torlu qişanın sərbəst radikallardan zədələnməsinin qarşısını alır, göz yorğunluğunu götürür.

7. Bağırsaqların fəaliyyətini yaxşılaşdırır — qəbizlik, diareya, köpə qarşıdır. Faydalı bağırsaq bakteriylarını artırır.

8. Böyrəklərin iltihabına qarşı — Böyrək və sidik yollarında infeksiyaları öldürür, daş, qum, kristalı tökür, iltihabı aradan qaldırır. Sidik kisəsi sistitində əvəzsizdir. Təbii sidikqovucudur

9. Kişilərdə cinsi zəiflik — impotensiyaya qarşıdır.

10. Süd vəzi, bağırsaq və uşaqlıq xərçənginə qarşı — tərkibindəki zülal və birləşmələe bu orqanlarda xərçəng hüceyrələrinin inkişafını azaldır, şişlərin böyüməsinə qarşıdır Hamilələr də qəbul edə bilər, çox faydalıdır.

medicina.az
 

0 şərh