Bitkilər haqqında bir-birindən maraqlı 20 məlumat

  • Flora
 
  1. Ağaclar səs-küyü, havanı və suyun çirklənməsini azaltmağa kömək edir.

  2. Özünü təmizləmək qabiliyyətinə malik olan yeganə çiçək palçıqda bitən Lotus çiçəyidir.

  3. Volfiya dünyanın ən kiçik güllərindən sayılır. Onun ölçüsü 0,5-0,8 mm arasında dəyişir.
    Əsasən su üzərində yaşayan bu bitki öz adını alman entomoloqu Yohan Volfun adından götürüb.

  4. Ağaclar dünyanın ən uzun yaşayan növlərdən biridir. Belə ki, planetimizdəki ən qədim ağacın 5000 ildən çox yaşı olduğu düşünülür.

  5. Yer üzündə həcm və kütlə baxımından ən böyük ağac Kaliforniya ştatının Nəhəng Sekvoya Milli Parkında mövcud olan General Şermandır. (Sequoiadendron giganteum) Onun hündürlüyü 83,8 m, kütləsi 1910 ton (təxmini 1938), yaşı isə 2300-2700 ildir

  6. Bəzi kaktuslar özündə 3 min litrə qədər su saxla bilir. Onlar səhralarda rütubətin yeganə qoruyucusudur və səyyahları susuzluqdan xilas edir.

    Bitkilər haqqında bir-birindən maraqlı 20 məlumat
    Bitkilər haqqında maraqlı məlumatlar



  7. Dəmirağac yeganə ağacdır ki, suda batmır. Möhkəm oduncağa malik olduğundan, körpülərin tikilməsində, maşın və alətlərin bəzi hissələrinin hazırlanmasında və dekorativ sənətdə istifadə edilir.

  8. Bambuk ( Hind qamışı) — böyüməsi ilə çox qəribə olan bir bitkidir: Belə ki, Bambuk toxumu ilk 4 il heç boy atmır.Bu müddətdə o sulanıb gübrələnir. Və nəhayət beşinci ilin axırına yaxın bambuk toxumu yaşıllaşmağa başlayır və altı həftə kimi qısa bir müddətdə də onun boyu təxminən 27 metrə çatır.

  9. Çiçəkləmə dövründə yasəmən kolu 18 min çiçək aça bilər. Çiçəkləri çəhrayı və al-qırmızı, ağ, bənövşəyi və mavi rəngdə olur. Ətri çox incədir və sakitləşdirici təsirə malikdir. Yasəməndən çox vaxt iltihab əleyhinə vasitə kimi istifadə edirlər.

  10. Qimpi-qimpi (Gympie Gympie) — təbiətin yaratdığı ən qorxulu və ağlasığmaz ağrıya səbəb olan bitkilərdən biridir. Belə ki, ona toxunduqda, bədəniniz eyni anda həm turşu ilə yanır və eyni zamanda elektrik cərəyanına məruz qalır. Bu zəhərli bitkinin elmi adı — Dendrocnide moroidesdir.

  11. Hindistanda Jasmin gülünü “sevginin ay işığı” adlandırardılar. Qızlar isə bu güldən bəzək və kosmetika vasitəsi kimi istifadə edirdilər. Belə ki, onlar bu gülü gülübəzək əşyası kimi saçlarına taxardılar.

  12. Lalə bitkisi ildə bir dəfə, mart və ya apreldə çiçək açar. Yay istilərinin başlaması ilə yarpaqları da quruyar gedər. Buna görə evlərdə, bağlarda hobbi olaraq lalə yetişdirilməsi çox uyğun deyil.

  13. Böyük bir palıd ağacı gündə 350 litrdən çox su içə bilər.

  14. Latınca adı Actaea pachypoda olan “kukla gözləri” bitkisi görünüşü ilə diqqət çəkir.
    Bir çubuq ətrafında bir neçə düzülmüş göz, sanki ətrafı izləyir. Olduqca sevimli görünən bu giləmeyvə, əslində dünyanın ən zəhərli bitkilərindən biridir. Buna görə də, onun digər adı “Qatil gözlü” -dür.

  15. Tropik ölkələrdə nepentes adlı həşəratyeyən ( cücüyeyən) bitkilər bitir. Onların yarpaqlarının uclarında uzaqdan da görünən küpəciklər yerləşir: bu küpəciklər parlaq sarı və ya qırmızı rəngdə olub çox hamar, şirin və ətirlidir.

  16. Bu gün alimlər dünya xalqları tərəfindən 21 min növ bitkinin müalicə məqsədilə istifadə edildiyini müəyyənləşdirmişlər.

  17. Yaponiya bioloqları rəngini dəyişə bilən çox maraqlı qızılgül sortu yetişdirmişlər. Səhərlər ləçəkləri al qırmızı rəngə boyanan bu qızılgül axşama doğru rəngini dəyişərək ağappaq olur.

  18. Bəzi ölkələrdə çiçəklər o qədər qiymətlidir ki, onlar ölkənin milli ornamentlərində də əks olunurlar. Məsələn, İran gerbində qırmızı qızılgül, İrlandiyada yonca, İsveçrədə edelveys və s
    .
  19. Alimlərin qeydinə görə isə Jasmin gülünün ətri beyni canlandırır, yaradıcılığı, orijinal ideyaları stimullaşdırır.

  20. Şuşa dağlarında xarıbülbül adlanan qeyri-adi bir gül yetişir. Bu ad ona bülbülə bənzədiyinə görə verilib. “Xar” sözü tikan mənasını verir, yəni “tikanlı bülbül”. Xarıbülbül Yer kürəsində yalnız Qarabağda, xüsusilə də Şuşada bitir. Heyrətamiz və kövrək olan xarıbülbül gülü ilə bağlı çoxlu əfsanələr və rəvayətlər də var.
 

0 şərh