Əncir
Bu, tut Moraceae fəsiləsindən olub, Azərbaycanda geniş yayılmışdır. Bağbanların, alimlərin və botaniklərin fikrincə dünyada yayılan və becərilən subtropik meyvəli bitkiləri içərisində əncir qədər zəngin qidalı, ətirli və şirinliyə malik olan digər meyvəli bitki yoxdur. Başqa sözlə, əncirə xas olan dietiklik, yüksək kolorilik, ətirlilik, təmlik, şirinlilik və digər xoşa gələn xassələrə görə onu başqa meyvələrdən fərqləndirir.
Əncir hələ eramızdan çox qabaq becərilən qiymətli bitkidir. Onun əsas vətəni Suriya və Kiçik Asiya ölkələridir. Bundan başqa, əncir Aralıq dənizi sahillərində və xüsusən Yunanıstanda çox geniş yayılmışdır.
Azərbaycanda Abşeronda becərilən “Sarı sabahi” və ya “Sarı əncir” sortu xüsusilə məşhurdur. Onun xoş ətri, şirin dadı, sarı rəngli nazik qabıqlı meyvələri çoxlarına məlumdur.
Ümumiyyətlə, Azərbaycanda əncirin 2 növü yayılıb. Bunlardan biri “mədəni əncir” adlanır və respublikada geniş miqyasda becərilir. Digəri isə “Hirkan ənciri”dir ki, o, yabanı halda Lənkəran zonasında yayılıb.
“Mədəni əncir” 2-3 m hündürlükdə kol və ya ağac bitkisidir, onun xoşa gələn ətirli, şirəli, şirin, armudvarı və ya yastı armudabənzər, sarı rəngli meyvələri olur. Əncirin ən qiymətli sortlarından biri “Sarı sahibi”dir. Mədəni əncir Azərbaycanın bir sıra rayonlarında [Abşeronda, Kür-Araz ovalıqlarında, Lənkəranda, Muğanıda və s.] becərilir.
Ardı →