Çuğundur
Ardı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Yunan əfsanələrindən birində bu bitkinin yer üzündə yaranma tarixçəsi belə təsvir olunur: Merkuri allahının Krokus adlı bir dostu var imiş. Bir dəfə Merkuri disk atarkən təsadüfən Krokusu yaralayır və gənc ölür. Qana boyanmış torpaqdan isə sarı-narıncı rəngli zəfəran gülü bitir. Başqa mənbələrə görə bitkinin latın dilindəki «krokus» adı hətta Homerə də məlum idi. Belə güman edilirdi ki, bu bitkinin ən yaxşı növləri «Kronos» adlı ərazidə yetişirdi. Bəlkə də əksinədir, həmin ərazi zəfərana görə belə adlanlırılıb? Ərəb dilindən tərcümədə isə gülünün borucuqları və dişciklərinin rənginə görə zəfəran «sarı» mənasını verir.
Gicitkan çoxillik bitki olub, 100-120 sm hündürlüyündə rast gəlinir. Tərkibində aşılayıcı maddələr, zülallar, qarışqa turşusu, pantoten turşusu, K, C vitaminləri, karotinoidlər, dəmir duzları, xlorofill, mum vardır.
Gicitkanın əsastəsiri tərkibindəki dəmir duzları və vitaminlərlə bağlıdır. Bu bitki lipid (yağ) mübadiləsini normallaşdırır, eritrositlərin yaranmasına stimulə edici təsir göstərir. Yarpaqlarının tərkibindəki K vitamini qaraciyərdə laxtalanma faktorlarından birinin –protrombinin əmələ gəlməsini stimulə edir.bundan başqa, gicitkanın müalicəvi növləri öd qovucu, iltihabı kəsici, mədə-bağırsaq traktının selikli qişasını regenerasiya edici xüsusiyyətlərə malikdir.
Azərbaycanda yabanı halda bitən bağayarpağının 13 növü vardır ki, onlardan 7-si təbabətdə işlədilir. Yer kürəsinə yayılmış 200-ə yaxın növü məlumdur. Onların çoxu alaq otudur. O, qiymətli bitkilərdən biri hesab olunaraq, xalq təbabətində geniş tətbiq olunur. Onun yarpaqlarının tərkibində xolin, kalium, kalsium duzları, selik, yağ və zülali maddələr var, bütün növlərinin təzə yerüstü hissəsi fitonsid və bakterisid xüsusiyyətlərə, tərkibindəki selik bakteriyaları udmaq qabiliyyətinə malikdir.
Əsasən böyük bağayarpağının yarpaqlarından hazırlanan dəmləmə və ekstraktlardan yuxarı tənəffüs yollarının xəstəliklərində istifadə olunur.