8 Mart bayramında Qadınları necə təbrik etməli?

Ana, bacı, həyat yoldaşı, işdəki qızlar, qohum qadınlar. A, bir də məktəbdə uşağın müəlliməsi…
8 Mart bayramında başqa kimləri təbrik etmək lazımdır ki?
Gəlin biz deyək.
Parkı təmizləyənləri, ofisə tələsən gənc qızı, yoldan keçən ixtiyari bir qadını, bizə xidmət edən ofisiantı, ailə qayğılarını düşünən birisini.
Bu dəqiqə gül almağı heç ağlına gətirməyən bir qadını.
Tanımadığı adamdan gül gözləməyən birisini.
Utanmayın, edin bunu.
Vacib deyil ki, böyük br gül buketi alasınız. Elə adi bir qızılgül, bir mimoza, bir nərgiz də bəs edər.
Bakının ən məşhur gül mağazalarından biri olan FlorenVille bunu etdi. Gəlin biz də onlara qoşulaq. 1 gül 1 qadını sevindirmək deməkdir. Qoy gülünüz də, gününüz də gözəl olsun.
 

0 şərh