Nostalji

Artıq heç nə yazmayacam. Bütün "Sovet uşaqları"na ittihaf olunur. Albom "Nostalji"

 
 

10 şərh

2ral
"ÜİLKGİ" nişanı nə idi bilmədim.
papatürk
Sabir demiş,Ax!.. necə kef çəkməli əyyam idi...
mr13
«ВЛКСМ» komsomol nişanı idi yəni "Ümimittifaq Lenin komsomol gənclər ittifaqı"
Türkəl
Mən daha çox oyuncaqlar üçün darıxmışam… Məndə o simulyatordan var idi (göy, avtomobil sükanı olan)
Dior
Kefirdi,kifirdi dəqiq bilmirəm,amma onu bilirəmki anam həmişə ondan içərdi.
IDEAL
O dövrdən xatırladıqlarım.

1- Qarmoşkalı Avtobuslar.
2-Hind kinosuna baxmaq əvəzinə yuxuya getdiyim kinoteatrlar. (Bir də ayılırdım ki evdəyəm. Əmim qucağında gətirib)
3-Medal kolleksiyam. 5 yaşım olmazdı 200-ə qədər hər cür medalım var idi. Çox uşağa görə anaya verilən medaldan tutmuş müharibə veteranına verilən medallara qədər. Nə desən kolleksiyada tapa bilərdin. Mənim üçün ən böyük hədiyyə medal idi. Qohumlar nə medal tapırdılar gətirib verirdilər mənə. Öz aramızda qasın ancaq bəyəndiklərimi yaxama taxıb gəzərdim. Məni evdən çölə çıxardanda medalları dava ilə açardılar yaxamdan yalnız təzə medal alanda razı olardım.
4-Babamın aldığı velosiped. Hər yerə onunla getmək istəyərdim ancaq tez yorulardım. Məni parka gəzməyə götürən isə peşiman olardı. Çünki həm məni qucağında gətirməliydi həm də velosipedi. 

O illərdən ən çox bunları xatırlayıram. Sonra isə bu hadisələr yaddaşıma böyük iz qoyub. 20 yanvar və Müharibə... 

Silen_ce


Bu oyunu yəqin ki çox oynamısınız
Türkəl
Heç bir oyun bu oyun qədər mənə adrenalin verməyib…
Gülnar
Cəmi 2 yaşımadək «sovet uşağı» olsam da dərsliklər və fotoaparat (hələ də durur) məndə nostalji hislər yaratdı…