Dahi tarixi şəxsiyyətlər meyvə-tərəvəz biznesində

Rafael Santi həyatını turp sataraq təmin edirdi? Con Lennon Metronun qarşısında limon satırdı? Vinsent van Qoq kakos alveri ilə məşğul idi?

Əgər bu posta girərkən bunları düşünürdünüzsə sizin kefinizə soğan doğrmalı olacam. İtaliyanın meyvə-tərəvəz alveri ilə məşğul olan "Esselunga" firması öz satdığı mallarının reklam aksiyası zamanı meyvə və tərəvəzləri məşhur şəxsiyəətlərlə asossasiya etmişdir və nəticədə bunlar alınmışdır. Daha ətraflı albomda.

 

9 şərh

mr13
Kreativ bax buna deyərəm!!!
2ral
Postunuza birinci şərhi özünüz yazmayın.
mr13
Bu tək mənə aiddir? :(
2ral
Hamıya. Diqqət cəlb etmək üçün öz postuna birinci şərh yazanlar cəzalandırılacaq.
mr13

Ok aydındır. Mənə bu saytda təzə yazmağa başladıqda bir dəfə deyilmişdi və mən də əməl edirdim. Amma gördüklərimdən belə aydınlaşır ki, xəbərdarlıq tək mənə olunur. Digər postları axtarmağa vaxt olmadığından qarşıma çıxan ilk 3 pstu qeyd edirəm. (Nə qədər başqalarının postunu reklam etsəm də.)


birinci


ikinci


üçüncü


Əgər kimsə deyə bilər ki, birinci postda şəxs cəzalandırılıb. "-«lər heç də birinci şərhə görə deyil plyus istəməyə görədir.

2ral
Birinci postdakı videoya görə bir minusu elə mən vermişəm.Üçüncü postdakını keçmək olar,qalanlarını isə minuslamaq lazımdır.
Özünüz bildirdiyiniz kimi,bu barədə deyilib. Əgər deyilibsə çalışıb qaydalara riayət etmək lazımdır. Kim öz şərhini lazımsız up xatirinə edirsə,onu minuslamaq mütləq lazımdır.
mr13

Bir də heç kəs deyə bilməz ki, mən up xatirinə şərh yazıram. Mənim indiyədək yazdıqlarım "+" ləri birinci şərh yazmaqla almayıb. belə ucuz üsullar mənə görə deyil.


Özünə İnam — Ralf Uoldo Emerson cəmi 1 şərh (+13)


Timur Bekmambetov özüm lap sonda yazmışam (+18)


Dilim dilim olasan dilim ortada bir dəfə yazmışam (+21)


«Renessans» komandasının sualları ( XIII hissə) özüm ancaq cavabları yazmışam (+15)


Harun Yəhya «Qlobal Masonluq» — Rosslyn Kapellası sonda yazmışam (+12)


Vaxtınızı kayzen az ilə dəyərləndirin II mən ümumiyyətlə yazmamışam (+14)


 


Bundan sonra kimsə desin ki, mən şərhlə up edib reytinq qazanıram. :-(

2ral
Məgər mən dedim ki,reytinq üçün up olunur?Belə bir söz işlətmişəm?
Mən qeyd etdim ki,diqqət cəlb etmək üçün. Siz axı saytın ən təcrübəli istifadəçilərindənsiniz,bilirsiniz ki,saytda özünüidarə edən cəmiyyət formalaşdırmaq istəyirik. Yəni bloggerin məqsədi post yazmaqdır.Ona şərhi və qiyməti isə başqaları verməldir. Jalə xanım Yaz-Yay məktəbi haqqında post yazıb. Kim istəyir onunla maraqlanacaq,soruşacaq.Əgər heç kim ona maraq göstərmirsə,Jalə xanım da hər dəfə maraq cəlb etmək üçün durub öz postuna şərh yazsa onda sayt pis gündə olar. Bizə köməklik etmək,yeni gələnlərə yardım etmək,öz postuna birinci şərh yazanlara irad bildirmək əvəzinə siz özünüz bu qaydanı pozursunuz.
Offtop getdiyi üçün söhbət dayandırılsın. Hamı mövzuya aid şərh yazsın.
mr13
hələ 21 "+" ilə rekordçu olduğum üçün mənə «Ginessin rekordlar kitabı» bağışlanmadığından inciməyimi heç demirəm :-)