Endi Uorhol sənəti

Əsl adı Andrew Warhola olub əsasən Andy Warhol adı ilə tanınan bu amerikan dahisi XX əsrin ən maraqlı insanlarından biridir.Əslən slovakiyadan olan mühacirlərin evində Pitsburqda doğulan Endi uşaqlıqdan insanlara çox qaynayıb-qarışmazdı. Hamı onu sakit, qapalı,öpz aləmində olan bir adam kimi tanıyırdı. Bir müddət o reklam işində və rəsmlə məşğul olur.Amma onu populyarlaşdıran Campbell konserv bankalarının şəkli olur:

Endinin ən bahalı rəsmi 100 milyon dollara satılıb ki,bu da çox az adama müyəssər olub. Endi homoseksualist olub. Ümumiyyətlə o,çox fərqli insan olub. Geyimi,danışığı, hərəkətləri və ən əsas da ki,sənəti. O həm də film prodüssüei olub. Deyilənə görə bir ilmi az qala 25 saat uzunluqdadır.Onun Sleep adlı filmində dostunun 8 saat yatması çəkilib. Bu filmin premyerasında olan 9 nəfərdən ikisi elə birinci saatdaca oranı tərk edib.Blow Job adlı digər filmində isə bir qadının(filmdə heç bunu dəqiqi görmək olmur ki,qadındır ya kişi) oral sekslə məşğul olarkən sifətinin cizgiləri göstərilib(deyilənə görə kişi rolunda 5 nəfər çəkilib). Eat adlı filmdə isə bir nəfərin 45 dəqiqə ərzində göbələk yeməsi çəkilib.Filmlərində seksual açıqlıq əsas yerlədən birini tutur.
O,həm də bir musiqi qrupunun rəhbəri,heykəltəraş,fotoqraf, art-direktor və s. olmuşdur. sizlərə təqdim etdiyim bu albomda onun ən məşhur,maraqlı rəsmlərini seçmişəm. Əgər şəkillər xoşunuza gəlsə,reytinqimə + verməyi unutmayın:)

6 şərh

şərh silinmişdir
2ral
http://kayzen.az/page/qaydalar/ Burada yazılıb axı:
kayzen.az saytı məhlə cayıllarının söyüşdüyü,söhbət xırdaladığı yer deyil.
Wizard
Nəyin əsasında ona dahi deyirsiz? İndi yəqin dəb belədi ki, hər ekstravoqant axmağa(daha mədəni söz tapa bilmirəm) dahi deyək?
lesyA
Endi Uorhol dahidir.Sizin onu qəbul edib-etməməyinizdən asılı olmayaraq. Pop-art deyəndə yada düşən ilk adam Uorxol olur. Onun həyat tərzi(lifestyle) çoxları üçün nümunə olub.
2ral
Endi Uorholun rəsmlərində monotonluq var. Onun gücü elə bundadır. Onun bir tələbəsəi(həm də filmində aktrisası) tərəfindən güllələnməsindən sonra o ölüm səhnələri,qəzalar, işgəncə səhnələri,bədbin mövzulara fikir verir.məntiqə görə bu əsərlər insanda emosiya yaratmalı idi.Amma Uorhol elə edirdi ki,bu rəsmlər monoton,biganə olurdu. Onun rəsmlərinin xarakterik cəhəti onda məna yükünün olmamasıdır. Siz istənilən impressionist yaxud klassik bir rəssamın əsərinə baxsanız,orda məna görəcəksiz. Amma lesyA-nın albomundakı Merilin Monronun rəsmlərinə baxın. Heç bir məna yoxdur. Onun stili də elə budur.Hər şeyi o qədər təkrarlayır,rəng sxemini elə seçir ki, müasir istehlakçı cəmiyyət heç bir məna görməsin.
Uorhol həm də pop-art dahisidir. Pop-art isə kütlə üçün(mass-product), populyar,sadə,şən,primitiv, gündəlik, tez dəbə minib təz dəbdən düşən, kütlə mədəniyyəti üçün olan incəsənətdir. Çoxları üçün bayağı görünsə də,Uorhol dahidir.
fidan
Azərbaycanda da pop-art rəsamlar varmı?