YUMURTA QABIĞINDAN MÖHTƏŞƏM ŞƏBƏKƏLƏR

Paraqravyor (stomotoloq alətinə oxşayır) adlı  yüksək sürətli qurğudan istifadə edən Brayn Beyti yumurta qabığından möhtəşəm əsərlər yaradır.
Belə kövrək materialda işləmək üçün insanda möhkəm əl və böyük səbr lazımdır.
Rəssamın əsərləri təkcə sərgilərdə nümayiş olunmur, həmçinin bir neçə müsabiqənin qalibi də seçilib.
Brayn oyma sənəti ilə  2005-ci ildə yüksəksürətli qurğu alandan sonra maraqlanıb. Ancaq incəsənətlə əvvəllər də məşğul idi. Rəssam şəkil çəkməyi xoşlayırdı, zaman-zaman  heykəltaraşlıq da edib.
Yumurta üzərində şəbəkələr hazırlamaq ideyası barədə isə Brayn bunları deyir: «Bu, mənim  ilk işimdir. Balqabaq, tüfəng qundağı və sair əşyalar üzərində naxışlar oymuşam. Ancaq yeni aləti satın alandan sonra, onu yoxlamaq istəyərkən əlimin altında yalnız yumurta var idi. Beləliklə, məndə ən kövrək materialdan əsər yaratmaq barədə ideya yarandı. Çox möhtəşəm alındı.»

 

7 şərh

pascal
Səhv etmirəmsə, belə bir nəşri bir dəfə burda görmüşəm. Bumeranqın idi, ya başqasının...o yaxşı yadımda qalmayıb. Ancaq, yenə də, belə gözəlliyi bizimlə paylaşdığınız görə, sağ olun.
BaRLeLiTa
Bəli var burda belə bir nəşr.Lakin orda yumurtaların üzərindəki naxışlar biraz fərqlidi,tam olaraq eynisi yoxdu.Amma yenədə təkrar sayılırsa nəşrdən çıxara bilərəm.Diqqətinizə görə minnətdaram
pascal
Maraqlıdır. Qalsın, niyə çıxarırsınız ki? 
BaRLeLiTa
təkrar olduğuna görə dedim:(
pascal
Yox, düz deyirsiz, bu yumurta qabıqlarındakı ornamentlər bir az fərqlidir. Təkrar deyil. Sadəcə, hər ikisi yumurta üzərində oyma olduğuna görə… yazı bir az tanış gəldi.
BaRLeLiTa
Düzü mən bunu nəşr etməmişdən öncə axtarmamışdım ki,belə bir şey var burda ya yox,siz yazannan sonra axtarıb tapdım.Hər ikisi yumurta üzərində olduğuna görə biraz təkrara bənzər olub.
pascal
Toxunmayın, qoy qalsın. Gözəllik sevənlər üçün təkrar yoxdur. :)