Rəssam Endryu Myersin heyrətamiz əsərləri

Endryu Myers Almaniyada doğulub İspaniyada böyümüş gənc rəssamdır. Avropanın modern həyat tərzi, klassik memarlıq inciləri Endryunun sənətinə də təsir etişdir. O, bir-birindən gözəl rəsmlər və heykəllərin müəllifidir.

Mismarlardan hazırlanan sonuncu kompozisiyaları isə görənləri heyrətə gətirir.

Endryu müsahibələrində bu tip kompozisiyaların əslində öz sənətindən uzaq olduğunu deyib: «İllərlə məcazi anlamı olan bürünc heykəllər işləmişəm. Lakin daima “daha yaxşı” və daha mənalı əsərlər  üçün çalışmışam. Bütün bunlar mənim üçün çətin başa gəlsə də, maraqlı və qeyri-adi olduğuna görə həvəslə işlədim”.

Qeyd edək ki, rəssam daha da maraqlı əsərlər yaratmaq üçün böyük planlar qurur, lakin bu layihələrin nədən ibarət olduğunu isə hələ açıqlamayıb.

4 şərh

pascal

Heyrətamiz… Mismarla belə gözəllik yaradıbsa, indi gör bunun rəsmləri, heykəlləri necə möhtəşəm olar.

Ay BaRLeLiTa, hardan tapırsan belə «inciləri»? :)

ctrlA
Əjdaha işlərdi :)
_BUMERANQ_
Kreativ işləri bəyənirəm. Yalnız səbrli insanların bacaracağı işlərdir.

P.S: Xahiş edirəm, topiklərin adını yazarkən CAPS LOCKu söndürün.  Yaxşı görsənmir.
BaRLeLiTa
Özümədə son zamanlar xoş gəlmirdi adların elə qorxunc şəkildə görünməsi.BUnnan sonra daha söndürəcəm..diqqətinizə görə təşəkkür