İncəsənət nümunəsi olan dəhlizlər

Astraxanda rəssam Boris Çerniçenko yaşadığı binada dəhlizləri şəkil qalereyasına çevirib.
Bu binanın sakinləri evlərinə girərkən özlərini təbiətin qoynunda hiss edirlər. Birinci mərtəbə ağcaqayın meşələri, ikinci mərtəbə hamar yollar… Bütün divarlar mənzərə ilə örtülüdür.
Məşhur incəsənət xadiminin sözlərinə görə 8 mərtəbəni rəngləmək üçün ona bir neçə həftə vaxt lazım olub. Hər bir meydança özünəməxsus ahəng və məzmuna malikdir.
 

11 şərh

_BUMERANQ_
Əla. +
Bir anlığa öz blokumuzla müqayisə etmək istədim, amma alınmadı. Müqayisəolunmazdı :(
6, 8, 12-ci mənzərələr xüsusilə gözəldi. 
 
pascal
Kaş bizim binada da belə bir rəssam yaşayaydı…
pascal
Dəniz mənzərəli pilləkənlərdən pillələlərə baxaraq düşəndə, «suya düşərəm» deyə çaşare adam. :)
Ramil
Gözəl və gözoxşayan mənzərələrdir, afərin rəssama da, BaRLeLiTa ya da ki, bunları tapıb gətirib.
asel
kaş o rəssam Azərbaycanda yaşayardı. bizim binaya da lazımdı belə birisi
Ramil
Yəqin qəşəng pul da lazımdır.
SHATENKA407
o kişiyə deyin köçsün bizim binaya :)
alan
heyran olmamaq mumkun deyil
nurr
cox maraglidi insani dusunmeye mecbur edir mence
velili_hemide
çox gözəldir. çaş hər binada belə rəssam olardı. belə yaxşı adamlar… 8)
24199601
Möhtəşəm… Sonuncu şəkil xüsusilə xoşuma gəldi. Sanki mən özüm indi oradayam. Təşəkkürlər.