Baş-ayaq ev

İlk baxışdan bu ev tornadonun acı nəticəsi kimi görünür: elə bil tufan evi yuxarı qaldıraraq baş-ayaq edib və təzədən yerinə atıb.

Memarlar İrek Qlovaçki və Marek Rojanski Terfens şəhəri üçün  yenilik yaratmaq istəyirdilər.

Onlar təkcə layihənin modelini hazırlamaq üçün 8 ay vaxt sərf ediblər.

Detalizasiyanın səviyyəsinə baxanda  onların nə üçün bu qədər zamana ehtiyac olduğu aydınlaşır.

Ev xarici görünüşü ilə maraq cəlb eləsə də, daxili interyeri insanı heyrətləndirir.






www.youtube.com/watch?v=PNva0OhF7CE

 

 

7 şərh

Ilham-Baki
Mən inanmiram bu maşınlar niyə belədi
BaRLeLiTa
Buyurub videoya baxa bilərsiz,bəlkə inanmanıza yardımçı oldu.
pascal

Camaatın işi-gücü yoxduye… Ev yiyəsi nə feyz anlayır bu evdən? 

...Belə işlər ancaq BaRLeLiTadan çıxar. :) Maraqlıydı, sayəndə hərdən gözlərimiz bu tip topiklərlə «gimnastika» edir. :)) 

BaRLeLiTa
Həə işləri güccləri qurtarıb :)Szinlə bərabər elə məndə heyrətlənib gözlərimə işgəncə verirəm:)
Ferbara
Məncə burda yaşamırlar. ;)
Özünü başqa vəziyyətdə təsəvvür etmək əvəzinə həqiqi hisslər yaşamaq üçün maraqlı örnəkdi. Buna misal olaraq böyük stol, stul və s. başqa böyüdülmüş əşyalar olan ev də var. Böyüklər uşaqlıq vaxtlarına qayıtmaq üçün o evə baş çəkirlər. :)

BaRLeLiTa
O evdə özümü lap körpə hiss edərdim..Hərşey nəhəngdi:).Məktəbi bitirdikdən sonra sinifimizə gedib baş çəkəndə sinifimiz,partalar neçədə mənə balaca görünürlər halbuki məktəb vaxtdı onların böyüklüyü məni narahat edirdi.:)