Yüz əjdaha lifti

Çində Xunan  əyalətində dağ silsiləsinin təpəsinə qaldıran Baylun liftinə minmək hündürlükdən qorxanlar üçün əsl dəhşətdir. Bununla belə 330 metr hündürlüyə qalxanda 50 nəfərlik şüşə kabinədən baxarkən möhtəşəm görünüş insanları heyrətləndirməyə bilmir.

Yüz Əjdaha  Lifti də adlanan Bailong Elevator 1999-cü ildə tikilib. Buna kimi  turistlər dağın təpəsinə ancaq azı 3 saat  piyada qalxa bilərdilər. Lakin qayalıq  demək olar ki, dik olduğundan buna da hər adam ürək eləmirdi. Hazırda isə bu məsafə cəmi bir dəqiqəyə qət edilir.

Qeyd edək ki, liftin üstünlüklərindən biri də budur ki, zəlzələ, yaxud da digər təbii fəalakətlər zamanı  insanlar təcili evakuasiya oluna bilərlər.

 

3 şərh

pascal
İnanılmazı gerçəkləşdiriblər. Mənə çox maraqlıdır, orda tikintini necə aparıblar? Tikinti prossesin də kaş çəkəydilər.
seyidova
Dəhşət...Qorxulu amma bir o qederde möhtəşəmdi
nihat1
1-ci sekile baxanda mende orda olmaq istedim ancaq 2-ci sekili gorende olurum de ora getmem dedim