Armani Hotel

Bu möhtəşəm otel Dubayın yeni simvoluna çevrilmiş Burj Khalifa göydələninin 11 mərtəbəsini əhatə edir. Otelin dizaynı Corcio Armani tərəfindən hazırlanmışdır. Heyrətamiz otel müştərilərinin xidmətinə lüks spa-salon təqdim edir və Dubai Mall ticarət mərkəzinin çox yaxınlığında yerləşir.

Armani Dubai otelində yerləşən 7 restoranın hər birində ləziz mətbəx nümunələri təqdim olunur. Armani Hashi restoranında yapon mətbəxi müasir interpretasiyada təqdim olunur. Məşhur Armani Privé restoranında isə yerli və əcnəbi dj-lərə rast gəlmək mümkündür.

Otelin qonağı olan müştərilər Burj Khalifa göydələninin müşahidə ərazisini gəzə bilərlər. Dubayın beynəlxalq hava limanı isə oteldən 20 dəqiqəlik məsafədə yerləşir.

 

                                                      banker saytından

4 şərh

imtogrul
üzrlü hesab edin mənim bauzerimde «cut» əmri işləmir
pascal
Allah istəyənlərə orda istirahət etməyi nəsib etsin, inşallah. :)
Kenan_Elxanoglu
Bu Dubay deyilən yer qumsallıqdakı bir xəzinəyə çevrilib  məhşur memarlıq nümunələrinin hesabına. Dubay deyiləndə Göydələnlər, Şüşədən binalar,  ticarət mərkəzləri ,Məhşur otellər və bir də orda satılan «namus» adamın yadına düşür.