Karandaş uclarında heykəllər

Bəzi rəssamların texniki bacarıqları həqiqətən inanılmazdır- bu kiçik, gözəl heykəllər karandaş uclarından ehtiyatla yonularaq hazırlanmışdır.

Bu məharətlə hazırlanmış miniatür heykəllər 1986-ci ildə qaçqın kimi Vyetnamı tərk edən Amerikan rəssamı Diem Chaunun sənət əsərləridir. Görünür o, miniatür iş düşkünüdür. Belə ki, oyulmuş qələm ucu ilə yanaşı, bütün Latın əlifbasını əhatə edən miniatür, rəngli karandaşlar yaradıb.
Chaunun veb-səhifəsində deyilənə görə, miniatür işlər “ötəri xatirələrin zərif səhnəcikləridir” və “unudulmuş, solmuş, qısa müddət yadda qalan anları” üzə çıxarır.
 

1 şərh

pascal
Halaldı. Zərgər işi görüb lap Diem Chaun.