Kitab memarlığı

Bildiyimiz kimi bütün kitablar ağacdan hazırlanır, lakin buna memarlıq tərəfdən baxsaq bu ideya yalnız Nino Orlandiyə məxsusdur. İtalyan memarı maraqlı və yadda qalan əsərlər yaradır hansılar ki, hər biri kiçik hekayədən danışır.

  Ümumilikdə memarın bütün memarlıq əsərləri kitab mövzusu ilə bağlıdır. Kitab bilik mənbəyi olub və insanı təhsilə yönləndirdiyi kimi eləcə də incəsənətə yönləndirir.

  Orlandi demək olar ki, gənc yaşlarından memarlıq ilə məşğul olur və o, demək olar ömrünün artıq 14 ilini bu sahəyə həsr edib. Bir çox incəsənt adamları kimi Orlandinin də  əsas məqsədi “mümkün” və “qeyri-mümkün” arasındakı sərhədi açmaqdı. Fantaziyasından istifadə edərək kitabların içindən çıxan əl, qədim dövrə aid element və ya hadisə kitab üzərinə qabardaraq yaratmaqla o buna az da olsa nail olur.

   Bir çox rəssamlar, memarlar, heykəltaraşlar öz yaradıcılıqlarında kitablardan istifadə etmişdilər. Nino Orlandi üçün kitab sehirli dünyaya aparan yolda qıfılın açarıdı. O, əsərlərini belə adlandırır “Həyat kiabı”, “ Sehrli dağ”, “Yuxu kitabı” və s.
 

0 şərh