Hollivudun tanınmış yaraşıqlı kişilərinin sevdiyi qadınlar

Hollivudun ən yaraşıqlı kişilərinin çoxu modellərlə sevgili olur. Yaraşıqlı  kişilərin “Victoria Secretin” gözəl mələkləri ilə sevgili olmasına artıq  öyrəşmişik. Lakin heç də bütün yaraşıqlı kişilər gözəl qadınları seçmir.

Aaron Conson və Sem Teylor-Vud 

Yaraşıqlı aktyor “Con Lenon olmaq” filiminə çəkiləndən sonra hamını  təəccübləndirir. Belə ki, “The Sun” agentliyinin müxbirlərinin aktyorun izinə  düşməsindən sonra məlum olur ki, aktyor filmin rejissoru ilə görüşür. 32 yaşlı  aktyor 45 yaşlı Sem Teylor-Vud ilə ailə qurur. Bu xəbər ilk vaxtlarda hamını  təəccübləndirsə də, sonradan normal qarşılanır. Cütlüyün indi iki övladı  var.

   

 Pris  Brosan və Kili Şey Smit

Pris Borsanla tanış olmaq istəyən, hətta bu səbəbdən günlərlə ac qalan qızlar  o qədərdir ki… Amma jurnalist Killi Şey Smit qızlara heç bir ümid yeri qoymayıb.  Çox adam ona arıqlamalı olduğu barədə söz atsa da, xanım Smit bunlara əhəmiyyət  vermədiyini bildirib. Aktyor isə bütün müsahibələrində arvadından ötrü  dəli-divanə olduğunu qeyd edir.

   

Xyu Lori və Co Qrin

Bu cütlük artıq 24 ildir ki, evlidir. Onlar haqqında hətta kino çəkmək olar.  Çütlüyün stili də bir-birinə çox bənzəyir.

   

Ceyson  Mamoa – Liza Bone 

Hamı bu yaraşıqlı modelin sarşın bir gözəlçə ilə ailə quracağını gözləyirdi.  Lakin Ceyson gözləntiləri puç etdi. O, vəhşi, unikal və kobud üslubu ilə seçilən  bir qadına vuruldu. Ceysonun arvadı ondan düz 11 il böyükdür. Cütülüyn 2 övladı  var.

 

    

 

Vensan Peres və Karni Silla 

Seneqallı bu model Vensan Peresə lap qan uddurub. Belə ki, o, Vensan Persesin  ilk evlilik təklifini rədd edərək Jerar Depardiye ilə evlənib. Lakin qız daha  sonra fikrini dəyişib. Jerar Depardiyi ilə boşandıqdan sonra Peresin evlilik  təklifini nəhayət ki, qəbul edib.

  

 

Kris Not və Tara Uilson 

Tara Kris Notun restoranına ofisant işləmək üçün gəlib. Aktyor isə ofisant  uniformasını qıza yaraşdırmayaraq ona evlənmək təklifi edib.

   

Metyu Foks və Marqarita Ronçi 

Cazibədar aktyorun qız fanatları onun çirkin arvadından boşanacağına hələ də  ümid edirlər. Bu cütlüyü çoxları bir-birinə yaraşdırmır. Belə yaraşıqlı kişinin  yanında çirkin qadının nə işi olduğunu başa düşmürlər… Çütlük isə hələ Marqarita  gözəl-göyçək model olanda, Metyu isə məşhur olmamışdan əvvəl görüşməyə  başlayıblar.

   

 

Xyu Ceman və Deborra-LiFerness 

“Xyu Cekman yaxşı ərdir. O uşaqları üçün əlindən gələnir edir, hətta onlara  nağıl da oxuyur. Həyat yoldaşı üçün isə romantik sürprizlər hazırlayır.” Bu  sözləri aktyorun həyat yoldaşı xanım Deborra-LiFernesshibəsindən kiçik bir  hissədir. Cekman isə bütün müsahibələrində həyat yoldaşına hələ də aşiq olduğunu  söyləyir.

   

Oxşar məqalələr

 

5 şərh

pascal
Yəqin əvvəlcə bir-birlərin xasiyyətlərin bəyənib, sonra sevib, evləniblər. Əsas gözəl xasiyyətili olmaqdı, gözəllik 2-ci dərəcəlidir. :)
Someone

İlk baxışdan hamı üçün xarici görnüşdə olan bu ferqliliy qeribə gelir elə mənim özümə də. Amma, yeqin ki bu cür secimlərim  sebəbləri var bəzən hisslər, bəzənsə müəyyən səbəblər…  ;) Güzəl, yaraşıqlı sima yaxşı insan olmaq anlamına gəlmir.

name
Gözəllik birinci dərəcəlidir. Əksini deyənlərə inanmayın :))  Bizim üçün çirkin olan onlar üçün gözəldir və ya normaldır məncə. Sem Teylor-Vud deyəsən ancaq Aaron Conson a görə gözəldir. Məncə də xanım Smit arıqlamalıdır. Deborra-LiFerness in sonuncu şəklinə heç nə deyə bilmirəm. Şəkildə pis düşüb sadəcə :). Yazı üçün sağolun, Someone :)
Someone
Siz də cox saq olun :)
_Leman_
Amma mene ele gelir ki Azerbaycanda gozelliyi birinci tuturlar(((