Hikaru Ço kələyi

Bir anlıq badımcan dişlədiyiniz vaxt dişlərinizin arasından axan yumurta sarısını və yumurta qabığının xırtıltılarını təsəvvür edin. İstedadlı Yaponiya rəssamı Hikaru Ço müxtəlif qida maddələrini rəngləyərək onların tamamilə başqa məhsullara bənzəməsinə səbəb olan maraqlı bir təcrübə aparmışdır.

Çonun işi şuluq kimi qəbul edilə bilər, lakin olduqca keyfiyyətlidir. Akrilik boya ilə işlənmiş bu nümunələr hirperrealizm cərəyanına məxsusdur və olduqca inandırıcıdır. Bir ərzağı götürüb onu açanda tamam fərqli bir şeyin çıxması olduqca əyləncəlidir.

Çonun bu qədər istedadlı olduğunu nəzərə alsaq, onun cəmi 19 yaşında olduğuna inanmaq bir qədər çətindir. O, 2012-ci ildə Muraşino İncəsənət Universitetinə daxil olmuş və bir sıra yapon markaları üçün müxtəlif işlər görmüşdür. Bu, onun hiperrealizm üslubunda gördüyü ilk işləri deyil. Bu və onun digər əl işlərinə nəzər yetirməyə dəyər.
loading...

1 şərh

azadmamedov90
-Yumurtadan başqa heç birin yemək olmaz qabıqlı-))