Göz oxşayan Azərbaycan

Təbiəti sevirəm, elə bu səbəbdən hardasa 1 il əvvəl (daha dəqiqi 22.09.13) ən çox sevdiyim mənzərələri toplayıb topik halında nəşr etmişdim. Topikdə dünya ölkələrindən ən çox bəyəndiyim mənzərələr toplanmışdı. Və o topikə gələn bir irad nəticəsində (bizim özümüzdə bunlardan da gözəl mənzərələr var) bu topiki hazırlamaq qərarına gəlmişdim. İnternetdə gəzdim, dolaşdım… qarşıma çıxan ən gözəl şəkilləri bu topikə yığdım. Müəyyən vaxt aldı, amma yenə də etiraz edib, yox bizim bölgədə lap gözəl görüntülər var desəniz, sizə iki təklifim olacaq:

1. Bacarırsınızsa, şəkli topikin şərhinə əlavə edin;
2.
Alınmırsa, şəxsi mesajla mənə göndərin topiki redaktə edib əlavə edim.

Məqsədim, ölkəmizin ən gözəl yerlərini bu topikdə görüb gözlərimizi "şənləndirməkdi". :)

Bakı





İçərişəhərin qala divarları


Bizim Xəzər


Qəbələ
7 gozəl şəlaləsi







İsmayıllı


Quba
Xınalıq cayı





İlisu şəlaləsi, Qax rayonu


Şəki


Zaqatala


Lənkəran


Dəmiragac



Gədəbəy
Novoivanovka







 

30 şərh

MURAD_SEYFULLAYEV
Məncə də elə Azərbaycanımızdan olan şəkilləri başqalarına qatmadan, təkcə bir topikdə yerləşdirmək yaxşı fikirdi. Gözəl şəkillərdir, xüsusən də bölgələrimizdə çəkilmiş şəkillər. Misal üçün, mənə ən çox ləzzət edənləri Qəbələdəki gölün ortasında olan ağac, Qubadakı qarlı meşənin içindən keçən yol, Lənkəranda yumru tikilinin (deyəsən köhnə dəyirmandır) şəkilləri oldu.
MURAD_SEYFULLAYEV
İnana bilmirəm, "şərh əlavə et" düyməsini basan kimi şərh getdi. Demək ki, istəyəndə hər şeyi düzəltmək olur. :)
pascal
Hanı? Gözə gəldi yenə. Şərhin getdiyi görünmür. :(
MURAD_SEYFULLAYEV
Yoxlayım. :)
pascal
Məktublarda düzəlib, şərhlərdə yox. 
MURAD_SEYFULLAYEV
Heyif. :( Biraz həvəslənmişdim ancaq.
pascal
Həvəsdən düşmə, «söz veriblər, gələcəylər, Ağabala..» ee… düzəldəcəylər. ;) :)
istorik_c
Lənkəranda yumru tikili çar dövründən qalma həbsxanadır
MURAD_SEYFULLAYEV
Hə? Bəs görəsən niyə belə baxımsızdır? Heç bir tarixi əhəmiyyəti yoxdurmu?
pascal
Lənkəranda «Dairəvi qala» və ya «Zindan qalası» adlanan bu tikili haqqında dəqiq məlumatı burdan ala bilərsiz.
Onu da deyim ki, fotosessiyadakı şəkil çoxdan çəkilən şəkildir. Qala restavrasiya olunub. Linkdəki 3-cü şəkil həmən qalanın içindəndir. Maraqlananlar oxuya bilər.
MURAD_SEYFULLAYEV
Yeni xarici görünüşü budur?
pascal
Ay Murad, bə görmüşdün, bilirdin, o şərhi niyə yazmısan axı, a qardaş. ;)
pascal
Hə, restavrasiya olunmuşu budur «Dairəvi qala»nın. :)
MURAD_SEYFULLAYEV
Yox indi tapdım google-dan, dedim bura qoyum şəkli hamı görsün. :)


Əslində hansı şərhi dediyinizi anlamadım, yenə də yuxarıdakın yazdım, yəqin düz başa düşdüm sizi. :))
pascal
Hə? Bəs görəsən niyə belə baxımsızdır? Heç bir tarixi əhəmiyyəti yoxdurmu?

Bu şərhinizi deyirdim.  
MURAD_SEYFULLAYEV
Həəə :) Yəni Bumeranqın qoyduğu şəkildə baxımsız görsəndiyini deyirdim. Bu qalanı birinci dəfə idiki görürdüm. Siz deyəndən sonra restovrasiya olunmuş formasın axtardım və belə bir gözəl şəkil tapdım. :)
kurdamir
_BUMERANQ_ girin İH saytlarina aradan maraqlı şəkillər var.Oradan əlavə edə bilərsiz…
pascal
Bumeranq, Lənkəranda oqqədər görməli, gözoxşayan yerləri qoyub, «Zindan qalası»nı burda paylaşdın ya… Həm də sökülü halin. Heç olmasa yenidən bərpa olunanı tapıb qoyaydın. İnanamyorum sana. ;) ))

Əllərinə sağlıq. Nə olursa olsun, öz əməyinin nəticəsidir, bu hər şeyə dəyər. :)

Kaş ki, şəkillər (mənzərələri demirəm, obyektlər) haqqında cıqqılı, xırdaca məlumat, ya da link yerləşdirəydin altında. Belə daha məlumatlandırıcı, izahedici və maraqlı olardı.
Ya da… o bölgələrin sakinləri olan userlərimiz! Ordakı şəkillər haqqında məlumatınız varsa, şərh kimi yazsın. Gəzmək imkanımız yoxdur, yoxdur, heç olmasa siz deyin, biz qiyabi «gəzək» o yerləri. ;)

Ferbara
Gədəbəy olsaydı, az-çox məlumat verərdim. ;)
Qəşəng yerlərdi. :) Lənkəranı da görsəydik… :) 
pascal
Tənbəllik eləmə. Vur bir Gədəbəy şəkli, məlumatın da yaz, görək necə yerdir? ;)
MURAD_SEYFULLAYEV
Yaxşı fikirdi. Düzü Gədəbəy haqqında o qədər də məlumatım yoxdur, Gədəbəy deyəndə ancaq kartof yadıma düşür. ;):)
_BUMERANQ_
Deməli belə, əvvəlcə onu deyim ki, gözümə hansılar gözəl görünüb onları paylaşmışam. «Zindan qalası» şəkildən maraqlı göründü gözümə. 
Əvvəl istədim hər şəkil haqda müəyyən qədər məlumat verim, sonra fikirləşdim ki, istifadəçilər şərhlərdə qeyd etsələr daha maraqlı olar. (bir də açığı çox vaxt edə bilmədim) 

Ferbara, o məqsədlə «I love Gədəbəy» səhifəsində gəzişdim. Amma indi bir-ikisini tapmışam əlavə edirəm :)
 
Ferbara
Sən əlavə elə, mən də «Ulduz» filmindəki Ulduzun kəndi haqqında mahnısını oxuyaram. :)))
MURAD_SEYFULLAYEV
Gədəbəyin də şəkillərindən çox xoşum gəldi. Rayonun belə dağlıq yerləri olduğundan xəbərim yox idi. Birinci şəkildəki o evləri görən kimi dedim ki, nə o evlərdə bir həftə qalıb, süd, şor, pendir, təndir çörəyindən yeyib, təmiz havadan udardım. ;):) 
Lalə olan şəkildə biraz daha çox lalə görmək istərdim. Xoşum gəlir dağ-lalə mənzərəsindən. :) 
Ferbara
Bu şəkildə lalələr daha çoxdu, Murad. :)
Həqiqətən gözəl və təəssüf ki, şəraitsiz, ucqar yerdi. Ancaq son illər xeyli irəliləyiş var, şərait yaradılır. Bu başqa mövzudu, təbii. :)
Təbiətinə gəlincə təmiz havasını, yayda stəkan sındıran buz bulaqlarını, şampunsuz saçları dirildən suyu olan çaylarını, nağıl kimi təbiətini həmişə başqalarına qısqanmışam. :)
MURAD_SEYFULLAYEV
Çox sağolun Ferbara, bax elə beləsini görmək istəyirdim. :)
Hə, elə o sınmış stəkandan da su içərdim. ;)
pascal
Ferbara «stəkan sındıran buz bulaqlarını, yoxsa bulağın buz kimi suyunu?..» :)
name
Qəbələ, İsmayıllı, Quba, Şəki və Lənkəran`ı necə güclü gəzmişəmsə, bunların heç biri gördüklərim arasındakı mənzərələr deyildi. İçərişəhər`in qala divarlarını görəndə sevindim lap. Təşəkkürlər bu topik üçün, Bumeranq. Doğurdan da gözlərimi oxşadılar. Daha kiçik olanda getmişdim oralara və içimdəki uşağın ağlına yaddaşı bir yer xatırlatmır deməyə. Şəkillərdən ən, lap, çox, daha sevdiyim isə sular içindəki ağac oldu. O ağacın taleyi maraqlıdır.:)
fatos2001
Təşəkkürlər. Əla topikdir.