National Geographic-Həftənin ən gözəl şəkilləri

1. Madaqaskarlılar gəmiləri ilə ticarət edərkən – Madaqaskar

2. Arbore qəbiləsindən Onno adlı gənc qız – Omo Vadisi, Efiopya

3. Xərçəngin son anları – Sanibel Adası, Florida, ABŞ

4. Ov və ovçu, qida zəncirinin bioloji müxtəlifliyini gözlər önünə sərir — Guadalupe Adası, Meksika

5. Pomidor tarlalarında çalışan uşaq işçilər — Manisa, Türkiyə

6. Yerdə olan cənnət — Şərqi Yava adası, İndoneziya

7. Duman səmaya dağılarkən — Banff Milli Parkı, Kanada

8. Qatil balinaların bölgəyə gəldiyini xəbər verməyə çalışan balina — British Columbia, Kanada

9. Fırtına sonrası aşan ağacın altında qalan göbələklər — British Columbia, Kanada

10. Yanardağ partlaması – İslandiya

 Hazırladı: Mushviq Huseynli\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq vermirəm.

14 şərh

azadmamedov90
6 və 7 lap əla idi, ama Türkiyədə çəkilmiş şəkildə uşaqların düzəltdikləri 6 künc yox, beş künc ulduz olmalı idi.
MuSHviG
Yəqin bunun başlıca səbəbi Manisa kimi İç Anadolu bölgəsində uşaqların təhsil almaq əvəzinə, tarlalarda işləməsidir ((
azadmamedov90
yoxç bunun səbəbi yalnızca dövlətə olan xarici təsirlərin güclü olmasıdır ki, qayğı sıfırdır!
kurdamir
2-ni görəndə qorxdum ;)
MuSHviG
Ne olub ki, gül kimi qızdı :))
kurdamir
Ya zövqlərimiz fərqlidir, yada zarafat edirsiz :))
pascal
O şəkil boşuna çəkilməyib. Qızın gözlərində nəsə əks olunub. Diqqətlə baxıram, ama aydınlaşdıra bilmirəm. Məna o əksdə gizlənib. Yoxsa Natioanal Geographic o şəkli boş yerə «həftənin ən gözəl şəkli» kimi seçməzdi.
kurdamir
Mənə də maraqlı gəldi. Nəsə qeyri-adilik var l
Ramil
Çox diqqətlisiniz, əhsən!
MuSHviG
Qızın gözlərində əks olunan fotoqrafın əksidi, diqqetlə baxsanız anlaya bilərsiz.
pascal
Məlumat nə yöndə olursa istər-istəməz həmən obyekti beynində hal-hərəkətlərini uyğun qılıfa salmağa çalışır və oxşadırsan. Gözlərdə əks olunan gündüzdən şəkildə nəsə əsər-əlamət görünmür. Yenə də bu şəkil elə-belə çəkilməyib. Mütləq bir mənası var.
MURAD_SEYFULLAYEV
Fotoqrafın (Matjaz Krivic) üslubu budur. Əsasən qədim ölkələrin adət-ənənləri və yerli əhalisi haqqında şəkillər çəkir. Məncə bu şəkillərin içində ən gözəli elə budur, çünki düşünüb, fotoqrafın şəkilin dalında gizlətdiyi mənanı, onun foto diliylə demək istədiyini anlamağa çalışırsan.

MURAD_SEYFULLAYEV
*Şərhdə haqqında danışdığım şəkil 2-ci şəkildir, yerləşdirdiyim nümunə üçündür. :)
Mushviq_Mahmudov
Maraqli fotolardir))