Uğur qazanan qadınların geyimləri


London dizayn muzeyində «Women Fashion Power» sərgisi açılıb. Sərginin əsas eksponatları seçilmiş qadınların 26 geyim dəsti olub. «Women Fashion Power» sərgisinin hədəfi geyimin köməyi ilə qadınların XIX əsrin sonundan XXI əsrin əvvəlinə qədər cəmiyyətdə vəziyyətlərinin necə dəyişdiyini göstərməkdir. Sərgidə vintaj geyimlər və korsetlər, dar burnuna görə «qadın iztirablarının rəmzi adlandırılan» əl işi olan ayaqqabılar, Manolo Blahnik ayaqqabıları, alt geyimləri və ilk kostyumlar təqdim olunur. 
 
  «Women Fashion Power» — uğur qazanan 26 qadının qarderobuna baxmaq imkanı yaradır. Zaha Hadid Prada əlavəsi ilə kostyumunu, Monako knyaginyası Şarler Akris, Naomi Kempbell isə Mugler geyimini təqdim edib. 





  Sərgidə Marqaret Tetçerin məşhur firuzə kostyumu, Koko Şanelin şalvarı və Miriam Qonsalez Dyurantezin Zara ofis kostyumu var. 





 

 

Sərgi 26 aprel 2015-ci ilə qədər davam edəcək.

0 şərh