Vulkanın şah əsəri | Mono gölü


Mono gölü 760 min il bundan əvvəl Kaliforniyanın indiki ərazisində yaranıb. Göl ABŞ-da Yosemit Milli Parkından şərqdə yerləşir. Gölün ərazisinə vulkan püskürməsi nəticəsində yaranmış bir neçə ada daxildir. Həmin adalardan ən qədimi isə 2 min il bundan əvvələ aid edilir. Mono gölünün ümumi sahəsi 150 kvadrat metr, dərinliyi isə 43 metrdir.

Los-Anceles rəhbərliyinin yerli çayların suyundan istifadə etmək siyasəti nəticəsində 1920-ci ildən etibarən göldəki suyun səviyyəsi 15 metr azalıb. 1994-cü ildə ərazinin müdafiəsi üzrə qəbul olunan qərar nəticəsində isə təbii ərazinin mühafizəsinə başlanılıb və göldəki suyun səviyyəsi tədricən artıb.











 

«Discovery Azerbaijan» jurnalı 

0 şərh