Cəhənnəmə xoş gəldiniz!



Darvaz Türkmənistanda yerləşən sirli və qəribə yerdir. Təsəvvür edin ki, hər tərəfdə səhradır və birdən qumların içərisində alov püskürən kraterə rastlayırsınız.

Məsələ ondadır ki, 1971-ci ildə burada qaz axtarışı üçün quyu qazılır. Bu zaman dərin yeraltı çuxura rast gəlirlər. Buruq bütün avadanlıq və nəqliyyatla birgə buraya yuvarlanır. İnsanlar heç bir zərər görmürlər. Texniki mənşəli kraterdən isə təbii qaz püskürməyə başlayır. İnsanların və heyvanların zəhərlənməməsi üçün qazı yandırırlar. O vaxtdan bəri – artıq 41 ildir ki, sönməz məşəllər yanır. Təbii sərvət boş-boşuna yansa da, etiraf edək ki, mənzərə buna dəyər. Əbəs yerə mənzərəyə tamaşa etməyə gələnlər buranı “Cəhənnəm qapısı” adlandırmırlar ki?!
 
 

 

Mənbə: «Discovery Azerbaijan» Jurnalı 

loading...

3 şərh

Ferbara
Bizdə də eyni tipdə, lakin kiçik Yanardağ var.

 
kurdamir
Bəli,Xəbərim və məlumatım var.Bir az sərhədi keçib «Yadlar» haqqında da bilək deyə yrləşdirdim ;)
Ferbara
Yaxşı iş görmüsünüz. :)
Bizim məktəb vaxtımızda internet geniş yayılmadığına görə elə bilirdik ki, bizim Azərbaycandan bir dənədi. Gözümüzün əli uzağa çatandan sonra başa düşdüm ki, bizi aldadıblar. :)